...

Əhməd Davudoğlu TANAP-ı energetika "İpək Yolu" adlandırdı

Energetika Materials 15 Dekabr 2014 10:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Hazırda Azərbaycanla Türkiyə arasında həyata keçirilən Trans Anadolu qaz kəməri layihəsi (TANAP) energetika "Böyük İpək Yolu"dur. Bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu bəyan edib. Bu barədə Trend bazar ertəsi Türkiyənin "Mersinhaberler" qəzetinə istinadən xəbər yayıb.

Davudoğlunun sözlərinə görə, TANAP regionda ən uğurlu layihələrdən biridir.

Baş nazir qeyd edib ki, Azərbaycanla Türkiyə iri iqtisadi layihələr reallaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti