...

TANAP-ın tikintisi üzrə işlərin 31 faizdən çoxu başa çatıb

Energetika Materials 20 Sentyabr 2016 12:49 (UTC +04:00)
Cari ilin avqust ayına qədər Transanadolu (TANAP) boru kəmərinin tikintisi layihəsi üzrə işlərin 31,4 faizi yerinə yetirilib.
TANAP-ın tikintisi üzrə işlərin 31 faizdən çoxu başa çatıb

Bakı. Trend:

Cari ilin avqust ayına qədər Transanadolu (TANAP) boru kəmərinin tikintisi layihəsi üzrə işlərin 31,4 faizi yerinə yetirilib.

Trend-in məlumatına görə, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Azərbaycan” qəzetində nəşr edilən məqaləsində deyib.

R.Abdullayev qeyd edib ki, TANAP hazırda SOCAR-ın xaricdə həyata keçirdiyi ən böyük investisiya layihəsidir:

"Ötən il Qarsda Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçılarının iştirakı ilə təməli qoyulmuş bu kəmər boruların diametri və xəttin uzunluğu baxımından indiyədək dünya miqyasında gerçəkləşdirilən ən böyük təbii qaz boru xətti layihələrindən biri olacaq. Deyə bilərik ki, TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər müvəffəqiyyətlə davam etdirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti