...

Əhməd Davudoğlu: Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunması Türkiyə üçün strateji məsələdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Sentyabr 2014 23:29 (UTC +04:00)
Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunması Türkiyə hökuməti üçün strateji məsələdir.
Əhməd Davudoğlu: Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunması Türkiyə üçün strateji məsələdir

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunması Türkiyə hökuməti üçün strateji məsələdir. Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu ölkə parlamentində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunmasından sonra Türkiyə Ankara və Yerevan arasında münasibətlərin normallaşması üçün addımlar atacaq.

Türkiyənin Baş naziri Ermənistanı tarixi hadisələrin girovu olmamağa, həmçinin ikitərəfli münasibətlərin normallaşması üzrə Ankaranın təkliflərini rədd etməməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti