"Bizim Azərbaycan" blokunun 2006-cı il mayın 13-də keçiriləcək təkrar seçkilərdə iştirak etməsi Müsavat Partiyasının bu məsələ ilə bağlı verəcəyi qərardan asılıdır. Bu barədə Trend ə adıçəkilən blokun təsisçilərindən olan Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Bədrəddin Quliyev bildirib.
B.Quliyev bunu blokun lideri, Müsavat Partiyasının başqanı İsa Qəmbərin mövqeyi ilə bağlayıb: "O, nə qərar verərsə, biz ona hörmətlə yanaşacağıq".
CXP sədri onu da bildirib ki, blokun növbəti toplantısı fevralın əvvələrində olacaq.
Onu da qeyd edək ki, adıçəkilən blok iki yerə parçalınıb. Bir qrupa Müsavat başqanı İsa Qəmbər rəhbərlik edir. Digər qrupda isə sədrlik rotasiya üsulu ilə həyata keçirilir.