...

Türkiyənin "Giresunspor" klubu azərbaycanlı futbolçunu transfer etməyə hazırlaşır

Cəmiyyət Materials 19 Dekabr 2008 18:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 dekabr/ Trend , müxbir R.Ergün/ Türkiyənin "Giresunspor" klubu futbol üzrə Azərbaycan yığma komandasının üzvü Vasif Əliyevi transfer etməyə hazırlaşır. Bu barədə cümə günü Türkiyə mətbuatı məlumat yayıb.

Trend -un arayışı: Əliyev 21 yaşlı futbolçulardan ibarət Azərbaycan yığma komandasının üzvüdür. O, futbol üzrə Azərbaycan Premyer-Liqasının birinci dövrəsində "Bakılı" klubunda çıxış edib. Bir neçə gün əvvəl Türkiyə klubuna baxışa gedən Əliyev komandanın heyətində yoxlama oyununa çıxıb və iki qol vurub.

Türkiyə mətbuatının məlumatına görə, Əliyevin oyunu məşqçilərin xoşuna gəlib. Artıq klub rəhbərliyi Əliyevi "Giresunspor"da saxlamaq qərarı verib. Onunla yeni ilin ilk ayında müqavilə imzalanacaq.

Əliyev yarımmüdafiəçi mövqeyində çıxış edir.

"Giresunspor" hazırda "Bakı" klubunda çıxış edən Azərbaycan yığmasının keçmiş üzvü Ramal Hüseynovu da transfer etmək istəyir. Komanda Türkiyənin birinci liqasında çıxış edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti