...

Almaniya XİN: Dağlıq Qarabağ danışıqlarına yeni nəfəs lazımdır

Nəzər nöqtəsi Materials 8 Dekabr 2016 13:45 (UTC +04:00)
ATƏT Dağlıq Qarabağ münaqişəsində qeydə alınmış son hadisələrlə bağlı narahatlığını ifadə edir.
Almaniya XİN: Dağlıq Qarabağ danışıqlarına yeni nəfəs lazımdır

Bakı. Elmira Tariverdiyeva - Trend:

ATƏT Dağlıq Qarabağ münaqişəsində qeydə alınmış son hadisələrlə bağlı narahatlığını ifadə edir.

Trend-in məlumatına görə, bu sözləri Hamburqda ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasının açılışında Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.

O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi təhlükəli olaraq qalır:

"Bu münaqişənin həllinə nail olmaq üçün danışıqlar həyata keçirmək vacibdir. Apreldə münaqişə zonasında eskalasiya qeydə alındı. Bu isə onu göstərir ki, münaqişənin yenidən alovlanması təhlükəsi var”.

Nazir deyib ki, bu münaqişənin humanitar aspektləri də çox vacibdir. Onun sözlərinə görə, bunun üçün təşkilatı möhkəmləndirmək və verilən açıqlamaları həyata keçirmək lazımdır.

Ştaynmayer bildirib ki, bu münaqişə üzrə danışıqlarda vasitəçilik formatı mövcuddur və bu gün vacibdir ki, bu proses – Minsk qrupu – yeni nəfəs əldə etsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti