...

XİN: Ankara-Vaşinqton münasibətləri pisləşə bilər

Dünya xəbərləri Materials 28 İyul 2016 18:39 (UTC +04:00)
ABŞ Fətullah Güləni ekstradisiya etməsə Ankara-Vaşinqton münasibətləri pisləşə bilər.
XİN: Ankara-Vaşinqton münasibətləri pisləşə bilər

Bakı. Rufiz Hafizoğlu - Trend:

ABŞ Fətullah Güləni ekstradisiya etməsə Ankara-Vaşinqton münasibətləri pisləşə bilər.

Trend-in "Al Jazeera Turk"ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, ABŞ tərəfindən Gülən hərəkatına istənilən dəstək iki ölkənin dost və müttəfiqlik münasibətlərinə zərər verə bilər.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti