...

Fransada terror aktının qarşısı alınıb

Dünya xəbərləri Materials 21 Noyabr 2016 14:48 (UTC +04:00)
Fransa hüquq-mühafizə orqanları ölkədə terror aktının qarşısını alıb.
Fransada terror aktının qarşısı alınıb

Bakı. Trend:

Fransa hüquq-mühafizə orqanları ölkədə terror aktının qarşısını alıb. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi açıqlama verib.

Bununla əlaqədar Strasburq və Marsel şəhərlərində bir neçə nəfər şübhəli şəxs saxlanılıb.

Qeyd edək ki, antiterror əməliyyat Strasburqda hər il keçirilən və 2 milyona yaxın turist cəlb edən məşhur Yeni İl yarmarkasına 1 həftə qalmış keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti