...

Misirdə yeni partlayış: 17 ölü (YENİLƏNİB)

Dünya xəbərləri Materials 9 Aprel 2017 21:50 (UTC +04:00)
Misirin ikinci böyük şəhər İsgəndəriyyədə kilsənin yanında partlayış qurbanlarının sayı 17 nəfərə çatıb, 47 nəfər xəsarət alıb
Misirdə yeni partlayış: 17 ölü (YENİLƏNİB)

İlk xəbər saat 15:46-da yayımlanıb

Bakı. Trend:

Misirin ikinci böyük şəhər İsgəndəriyyədə kilsənin yanında partlayış qurbanlarının sayı 17 nəfərə çatıb, 47 nəfər xəsarət alıb.

X X X

16:04

Misirin ikinci böyük şəhər İsgəndəriyyədə kilsənin yanında partlayış qurbanlarının sayı 6-ya çatıb, 40 nəfər xəsarət alıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu haqda Əl-Manar telekanalı xəbər verib.

Son məlumatlar əsasən, İsgəndəriyyədə Şuxada küçəsi yaxınlığında ikinci partlayış baş verib.

XXX

15:46

Misirdə İsgəndəriyyə şəhərində kilsənin yanında partlayış baş verib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində iki nəfər ölüb və 21 nəfər xəsarət alıb.

İlkin məlumatlara görə, partlayışı intiharçı-terrorçu həyata keçirib.

Misir KİV-lərinin məlumata görə, partlayış zamanı patriarx İkinci Teodor kilsəsində olub, amma o, xəsarət almayıb.

Xəbər verilir ki, partlayış kilsənin qapısının qarşısında baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti