Bakı. Trend:
Türkiyənin ölkə daxilində və xaricində 80 istiqamətdə reyslər həyata keçirən "Borajet" aviaşirkəti uçuşları dayandırıb.
Trend-in məlumatına görə, ötən ilin dekabrında "SBK Holding" tərəfindən alınan "Borajet" fəaliyyətini dayandırmağa qərar verib.
Şirkətin açıqlamasında buna səbəb kimi "Borajet"in dünyanın ən böyük hava limanlarından biri olacaq İstanbulun üçüncü aeroportunda daha yüksək xidmət etmək üçün hazırlıqlara başladığı göstərilir.