...

SOCAR: Avropa Oyunları sağlam həyat tərzini təbliğ edir

Baku 2015 : EUROGAMES Materials 26 May 2015 15:45 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) I Avropa Oyunlarının sponsoru olmaqla ölkədə idman və sağlam həyat tərzini təbliğ etmək niyyətindədir.
SOCAR: Avropa Oyunları sağlam həyat tərzini təbliğ edir

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) I Avropa Oyunlarının sponsoru olmaqla ölkədə idman və sağlam həyat tərzini təbliğ etmək niyyətindədir.

Trend-in məlumatına əsasən, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov "Euractiv" portalına müsahibəsində deyib.

Onun sözlərinə görə, SOCAR I Avropa Oyunlarının sponsoru olmağa böyük şövqlə razılıq verib: "Digər səbəblərdən biri də SOCAR-ın öz əməkdaşlarının sağlamlığına, müvafiq olaraq, idmana xüsusi diqqət ayırmasıdır. Bizdə 60 min nəfər işləyir. Nəzərə alsaq ki, Azərbaycanda orta statistik ailə 4-5 nəfərdən ibarətdir, o zaman biz təqribən 300 min nəfərin idmanla məşğul olmasını təbliğ edirik".

V.Bəylərbəyov qeyd edib ki, Avropa Oyunları SOCAR-ın sponsoru olduğu ilk idman tədbiri deyil: "Biz AFFA-nın işində fəal iştirak edirik. SOCAR ölkənin futbol çempionatını da dəstəkləyir. Şirkətimizin rəhbərliyinin bəzi üzvləri idman rəhbərləri və fəallarıdır".

O, əlavə edib ki, ilk Avropa Oyunları bütün dünyanın Azərbaycanı özü üçün kəşf etmək imkanıdır: "Biz istərdik ki, SOCAR-ın bu işdə töhfəsi olsun".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti