...

Karateçilərimizin Avropa Oyunlarından gözləntiləri

Baku 2015 : EUROGAMES Materials 10 İyun 2015 01:00 (UTC +04:00)
"Birinci Avropa Oyunlarında ən aşağı proqnozumuz bir qızıl, bir gümüş və dörd bürünc medaldır".
Karateçilərimizin Avropa Oyunlarından gözləntiləri

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Birinci Avropa Oyunlarında ən aşağı proqnozumuz bir qızıl, bir gümüş və dörd bürünc medaldır". Bunu Trend-ə Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov deyib.

Azərbaycanı Avropa Oyunlarında 12 karateçinin təmsil edəcəyini bildirən Y.Bəşirov qeyd edib ki, əsas nəticələr kişi karateçilərimizdən gözlənilir: "Təbii ki, qadın karateçilərimizdən də nəticələr gözləyirik, amma kişi karateçilərdən daha yüksək nəticələr gözləyirik".

O vurğulayıb ki, idmançılarımız Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşıblar: "Avropa çempionatında iki qızıl, bir gümüş medal qazandıq, yəni yaxşı çıxış etdik. Mərhələ-mərhələ hazırlıqlar lazımi səviyyədə keçib. Yəni hər şey yüksək səviyyədədir. Gənclər və İdman Nazirliyi də bizə yaxşı kömək edir. İnanırıq ki, ölkəmizi birinci Avropa Oyunlarında layiqincə təmsil edəcək və ölkəmizə uğurlar gətirəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti