...

İki avarçəkənimiz finaldadır (ƏLAVƏ OLUNUB)

Baku 2015 : EUROGAMES Materials 15 İyun 2015 16:33 (UTC +04:00)
Valentin Demyanenko I Avropa Oyunlarında kişilər arasında kanoe ilə 200 metrlik məsafəyə avarçəkmə üzrə yarışların final mərhələsinə vəsiqə qazanıb.
İki avarçəkənimiz finaldadır (ƏLAVƏ OLUNUB)

Digər idmançılarımızın çıxışları barədə məlumat əlavə olunub (ilk xəbər saat 15:32-də yayılıb)

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir Azad Həsənli/

Azərbaycan idmançısı Valentin Demyanenko I Avropa Oyunlarında kişilər arasında kanoe ilə 200 metrlik məsafəyə avarçəkmə üzrə yarışların final mərhələsinə vəsiqə qazanıb.

Trend-in məlumatına görə, idmançımız təsnifat mərhələsində 38,978 saniyə nəticə ilə birinci yeri tutub.

Portuqaliya təmsilçisi Silva Helder və macar Conatan Hacdu da final mərhələsinə yüksəlib.

Final sabah saat 15:15-də keçiriləcək.

X X X

Digər təmsilçimiz İnna Radomska-Osipenko 200 metr məsafədə ilkin mərhələni uğurla adlayıb. Məsafəni 41,968 saniyə nəticə ilə qət edən avarçəkənimiz ikinci yürüşdə 5-ci olub ki, bu nəticə ilə də yarımfinala yüksəlib. Yarımfinalda isə İ.Radomska-Osipenko ikinci yürüşdə çıxış edərək 40.163 saniyə nəticə ilə finala yüksəlib.

Final görüşü sabah saat 15:05-də baş tutacaq.

Digər idmançımız Mirnazim Cavadov isə kayakla 200 metr məsafəni qətetmə yarışında çıxış edib. O, 36,298 saniyə nəticə ilə 7-ci olub. Bu nəticə onu yarımfinala aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti