...

Beynəlxalq Sammitdən Avropa Oyunlarına qarşı qaralama kampaniyasına “İslamofobiya” damğası (FOTO)

Baku 2015 : EUROGAMES Materials 16 İyun 2015 12:04 (UTC +04:00)
Tatarıstanın paytaxtı Kazanda Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (İKGF), Tatarıstan Respublikası hökuməti və İslam İnkişaf Bankının (İİB) təşkilatçılığı ilə 13 iyundan etibarən keçirilən Birinci İƏT Gənclik İnnovasiya Forumu baş tutub.
Beynəlxalq Sammitdən Avropa Oyunlarına qarşı qaralama kampaniyasına “İslamofobiya” damğası (FOTO)

Azərbaycan, Bakı, 16 iyun /Trend/

Tatarıstanın paytaxtı Kazanda Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (İKGF), Tatarıstan Respublikası hökuməti və İslam İnkişaf Bankının (İİB) təşkilatçılığı ilə 13 iyundan etibarən keçirilən Birinci İƏT Gənclik İnnovasiya Forumu baş tutub. Trend-in məlumatına görə, bir həftə ərzində işini davam edəcək, İƏT ölkələrindən 100-dən çox gənc liderin qatıldığı Forum çərçivəsində Yay Düşərgəsi, İKGF-nin genişləndirilmiş İdarə Heyətinin iclası və İƏT Gənc İş Adamları Şəbəkəsinin Baş Assambleyası keçirilib.

Dünən isə öz işinə başlamış nüfuzlu Beynəlxalq Kazan İqtisadi Sammitinin açılış mərasimində İKGF tərəfindən təşkil edilmiş İnnovasıya Forumunun Yekun Deklarasiyası Sammitin 400-dən artıq beynəlxalq iştirakçısına təqdim edilib. Tatarıstan Prezidenti R.Minnixanovun açdığı və İslam İnkişaf Bankının prezidenti Dr. Əhməd Mühəmməd Əli, Rusiya prezidentinin İƏT üzrə xüsusi nümayəndəsi, müsəlman ölkələri hökumətlərinin nümayəndələri, İKGF sədri və digər ali qonaqların çıxış etdiyi Beynəlxalq Kazan Islam Iqtisadi Sammitinin açılış mərasimində İKGF İdarə Heyəti tərəfindən təqdim olunan Deklarasiyada nüfuzlu gənclik platformasının İslam dünyasında gedən proseslərdən, müsəlman dünyasının üzləşdiyi qlobal problemlərdən də bəhs edilib.

Deklarasiyanın xüsusi maddəsində Bakıda keçirilən İlk Avropa Oyunlarına da toxunulub. Forum iştirkakçıları Azərbaycanın bir müsəlman ölkəsi kimi Birinci Avropa Oyunları kimi məsuliyyətli bir beynəlxalq tədbirin gerçəkləşdirməsini təkcə ölkəmizin deyil, bütün İƏT cografiyasının uğuru kimi qiymətləndirib. Deklarasiyada qeyd olunur ki, Oyunların keçirilməsi Avropada sülhə, dialoqa və qarşılıqlı hörmətə böyük bir töhfə verməkdədir: "Lakin son zamanlar Qərbin bəzi dairələri və onların ruporu rolunu ifadə edən media qurumları tərəfindən BAO-nın bu özəlliyininin gözardına vurulması, Oyunlara və ev sahibi ölkə, Azərbaycana qarşı qaralama kampaniyasının aparılması aydın sezilməkdədir" .

"Belə yanaşma sadəcə Oyunlara qucaq açıb, yüksək qonaqpərvərlik nümayiş etdirən Azərbaycan xalqına qarşı hörmətsizlik deyil, həmçinin bir müsəlman ölkəsinin uğuruna və oyunlar vasitəsilə sərgilədiyi beynəlxalq nüfuzuna olan qıcıq və bu səbəblə İslamofobiyanın təzahürü kimi qiymətləndirməlidir" - deyən Forum iştirkaçıları bu kampaniyaya etirazını bildirlmişlər. Kazan Sammitinə bununla baglı təqdim olunan sənəddə, Avropa Oyunlarının ev sahibi Azərbaycana dəstək olaraq, İKGF üzv qurumları və Kazan forumuna qatılan gənclər təşkilatları tərəfindən sosial mediaya dəstək kampaniyasının keçirilməsi bəyan edilib.

Qeyd edək ki, İƏT Gənclik İnnovasiya Forumu çərçivəsində iştirakçılar tərəfindən Bakıda keçirilən İlk Avropa Oyunlarının təqdimatı da keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti