...

Erməniyə qalib gələn güləşçimiz Avropa Oyunlarının bürünc medalını qazandı (FOTO)

Baku 2015 : EUROGAMES Materials 18 İyun 2015 19:11 (UTC +04:00)
Bakı-2015 birinci Avropa Oyunlarının sərbəst güləş yarışlarında bu gün Azərbaycan təmsilçiləri daha bir bürünc medal qazanıblar.
Erməniyə qalib gələn güləşçimiz Avropa Oyunlarının bürünc medalını qazandı (FOTO)

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir İlkin İzzət/

Bakı-2015 birinci Avropa Oyunlarının sərbəst güləş yarışlarında bu gün Azərbaycan təmsilçiləri daha bir bürünc medal qazanıblar.

Trend xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən güləş yarışlarının son günündə Azərbaycan idmançıları daha bir bürünc medal qazanıblar.

Sərbəst güləş yarışlarında Azərbaycanın şərəfini 61 kq çəki dərəcəsində qoruyan pəhləvanımız Hacı Əliyev 3-cü yer uğrunda görüşdə Türkiyə təmsilçisi Munir Recep Aktaşla qarşılaşıb.

Qardaş ölkə təmsilçisindən açıq-aşkar üstün güləş nümayiş etdirən H.Əliyev sonda 10:2 hesabı ilə qalib gələrək Avropa Oyunlarının bürünc medalını qazanıb.

61 kq
1/8 final - Valodya Franqulyan (Ermənistan) - Hacı Əliyev 0:7
1/4 final - Hacı Əliyev - Mikola Bolotnyuk (Slovakiya) 10:0
1/2 final - Aleksandr Boqomoev (Rusiya) - Hacı Əliyev 5:2
Bürünc medal görüşü - Munir Recep Aktaş (Türkiyə) - Hacı Əliyev 10:2

Xatırladaq ki, bu gün döşək üzərinə çıxan digər 3 güləşçimiz - Ruslan Dibirhacıyev (70 kq), Nurməhəmməd Hacıyev (86 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) da Avropa Oyunlarının bürünc medalı uğrunda yarışmaq hüququ əldə ediblər.

Qeyd edək ki, yarışların ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz iki dəst medal qazanıb. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olub.

Qadın güləşçilərin yarışında güləşçilərimiz 2 qızıl və 1 bürünc medal qazanıb. Qızıl medalları yığmamıza Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq), bürüncü isə Nataliya Sinişin (55 kq) qazandırıb.

Sərbəst güləşçilərimiz isə ilk yarış günündə 2 qızıl və 1 bürünc medal əldə edib. Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq) qızıl, Cəbrayıl Həsənov (74 kq) bürünc medala layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti