...

Azarkeş: Hakimlər Azərbaycanın bəzi gimnastlarına qarşı qərəzli mövqe nümayiş etdirdilər

Baku 2015 : EUROGAMES Materials 21 İyun 2015 19:39 (UTC +04:00)
"Hakimlər Azərbaycanın bəzi gimnastlarına qarşı qərəzli mövqe nümayiş etdirdilər. Belə bir mövqe olmasaydı, Azərbaycanın gimnastika yarışlarında medalların sayı daha çox ola bilərdi".
Azarkeş: Hakimlər Azərbaycanın bəzi gimnastlarına qarşı qərəzli mövqe nümayiş etdirdilər

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Hakimlər Azərbaycanın bəzi gimnastlarına qarşı qərəzli mövqe nümayiş etdirdilər. Belə bir mövqe olmasaydı, Azərbaycanın gimnastika yarışlarında medalların sayı daha çox ola bilərdi".

Bunu Trend-ə birinci Avropa Oyunları çərçivəsində Milli Gimnastika Arenasında keçirilən yarışları izləməyə gəlmiş gimnastika həvəskarı Mirkazım Xəlilov deyib.

O, bir neçə gündür Milli Gimnastika Arenasında yarışları izlədiyini deyib: "Mən gimnastika həvəskarı olduğum üçün gimnastların çıxışına verilən qiymətdən anlayışım var. Tam əminliklə deyə bilərəm ki, hakimlər bizim gimnastlara qarşı qərəzli mövqe nümayiş etdirirlər".

Azarkeş bildirib ki, hakimlər qiymətləndirməni düzgün aparmadı: "Bizim gimnastımız Marina Durunda halqa ilə fərdi hərəkətlərdə yaxşı çıxış etdi. Düşünürdüm ki, ən azı ikinci yerin qalibi olacaq, ancaq hakimlərin qiymətini görəndə çox təəccübləndim və təəssüf hissi keçirdim".

M.Xəlilov bildirib ki, ümumilikdə hakimlər bu yarışmada Azərbaycan komandasına qarşı ədalətsiz olublar: "Bundan əvvəl də bədii gimnastlarımız qrup hərəkətlərində yaxşı çıxış etdilər, lakin yenə də onlara çıxış etdikləri kimi qiymət vermədilər. Nədənsə bizə qarşı qərəzli mövqe nümayiş etdirirlər".

Onun fikrincə, görünür, bəzi qüvvələr Azərbaycanda gimnastikanın inkişafından narahatdır və çalışırlar ki, ölkəmizdə bu idman növünün inkişafının qarşısını alsınlar: "Azərbaycanı sevməyən qüvvələr hakimlərin içərisinə də nüfuz ediblər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti