...

Beynəlxalq Paralmpiya Komitəsinin vitse-prezidenti Avropa Oyunlarında yarışacaq paralimpiyaçı cüdocularla görüşüb (FOTO)

Baku 2015 : EUROGAMES Materials 25 İyun 2015 18:38 (UTC +04:00)
Beynəlxalq Paralimpiya Komitəsinin vitse-prezidenti Endrü Parsons və Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov birinci Avropa Oyunlarında iştirak edəcək paralimpiyaçı cüdoçularla və onların məşqçiləri ilə görüşüblər.
Beynəlxalq Paralmpiya Komitəsinin vitse-prezidenti Avropa Oyunlarında yarışacaq paralimpiyaçı cüdocularla görüşüb (FOTO)

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir Vüqar İmanov/

Beynəlxalq Paralimpiya Komitəsinin vitse-prezidenti Endrü Parsons və Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov birinci Avropa Oyunlarında iştirak edəcək paralimpiyaçı cüdoçularla və onların məşqçiləri ilə görüşüblər.

Trend-in məlumatına görə, görüşdə İ.Rəhimov Bakı-2015 birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar görülmüş işlər barədə geniş məlumat verərək qeyd edib ki, keçirilən Oyunlar tarixi hadisədir və Oyunların yüksək seviyyədə keçirilməsi üçün qısa müddət ərzində xeyli işlər görülüb: "Bütün işlər ölkə başçısı cənab İlham Əliyevin və Bakı-2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban Əliyevanın birbaşa nəzarətində olub. Ölkəmizdə idman və bədən tərbiyəsinin inkişafına, o cümlədən paralimpiya hərəkatına böyük dəstək verilir. Məhz bunun təzahürüdür ki, ilk dəfə Bakıda keçirlən Avropa Oyunlarına paralimpiyaçı cüdoçuların da iştirakı əlavə edilib. Buna görə Bakı-2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya öz təşəkkürümüzü bildiririk".

E.Parsons çıxış edərək idmançı və məşqçləri Beynəlxalq Paralimpiya Komtəsinin prezidenti ser Fill Kreven adından salamlayaraq onlara uğurlar arzulayıb. O, qeyd edib ki, birinci Avropa Oyunlarının Bakıda keçirilməsi və qısa müddət ərzində beynəlxalq standartlara cavab verən obyektlərin tikilməsi və yenidən qurulması Azərbaycanın sürətli inkişafından xeber verir: "Birinci Avropa Oyunlarında paralimpiyaçı idmançıların iştirakı barədə Beynəlxalq Paralimpiya Komitəsinin təklifinə müsbət cavab verdiklərinə görə ölkə başçısı cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Beynəlxalq Paralimpiya Komitəsinin rəhbərliyi adından minnətdarliğımızı bildiririk. Hamımız şahidi olduq ki, Oyunlara hazırlıq ərəfəsində keçirilən bütün tədbirlərdə Azərbaycan paralimpiyaçılarının iştrakı təmin edilib. Xüsusən, açılış mərasimində məşəlin stadiona gətirilməsinin Pralimpiya Oyunlarının ikiqat çempionu İlham Zəkiyevə həvalə olunması Azərbaycanda ölkə başçısının paralimpiya dəyərlərinə verdiyi yüksək diqqət və qayğını əks etdirən bir hadisədir. Bu bizi cox sevindirir və bunun nəticəsidir ki, Azərbaycanda paralimpiya hərəkatı sürətlə inkişaf edir və onun beynəlxalq səviyyədə öz çəkisi var".

Görüşdə iştirak edən idmançı və məşqçilər Oyunların cox yüksək səviyyədə hazırlandığını, onlar üçün yaxşı şəraitin yaradıldığını və daima onlara diqqətlə yanaşıldığını bildiriblər.

E.Parsons və İ.Rəhimov idmançılara uğurlar arzulayıblar.

Qeyd edək ki, iyunun 26-da 10 ölkədən olan 18 nəfər paralimpiyaçı cüdoçu yarışlara qatılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti