...

İlk Avropa Oyunlarının son günü

Baku 2015 : EUROGAMES Materials 28 İyun 2015 08:30 (UTC +04:00)
Bu gün Bakıda ilk Avropa Oyunları çərçivəsində yarışların son günü start götürüb.
İlk Avropa Oyunlarının son günü

Azərbaycan, Bakı, 28 iyun /Trend/

Bu gün Bakıda ilk Avropa Oyunları çərçivəsində yarışların son günü start götürüb.

Trend-in məlumatına görə, bu gün badminton, çimərlik futbolu, BMX, cüdo və voleybol yarışları keçiriləcək.

Bu gün 9 dəst medal oynanılacaq: üç - badminton, bir - çimərlik futbolu, iki - BMX, iki - cüdo və bir medal isə voleybol yarışları üzrə.

Azərbaycan idmançıları son gün keçirilən yarışlarda iştirak etməyəcəklər.

Bakıda ilk Avropa Oyunlarına iyunun 12-də start verilib və iyunun 28-də, bu gün yarışlar başa çatır.

Bununla bağlı axşam saatlarında Milli Olimpiya Stadionunda ilk Avropa Oyunlarının təntənəli bağlanış mərasimi keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti