...

Müğənni Xumar Qədimovadan İstanbula mesaj

Mədəniyyət Materials 24 May 2011 17:32 (UTC +04:00)
Müğənni Xumar Qədimovadan İstanbula mesaj
Müğənni Xumar Qədimovadan İstanbula mesaj

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir Ş.Cavadsoy/

"Yağmur ağlıyor" ("Yağış ağlayır") türk mahnısını (sözügedən musiqi daha çox "Kıymetini bilemedim" ("Qədrini bilmədim") adıyla tanınır - red.) repertuarına daxil edən populyar Azərbaycan estrada müğənnisi və bəstəkarı Xumar Qədimova İstanbula mesaj göndərdi. Trend-ə danışan sənətçi türk müğənnisi Neşe Karaböcekden sonra mahnıya ikinci nəfəs vermiş gənc ifaçı Mustafa Ceceli ilə duetinin nə vaxt reallaşacağı barədə bunları söylədi: "Mən sevindirən odur ki, "Yağmur ağlıyor"u oxuduqdan sonra mahnı nəinki Bakıda, hətta İstanbulda da əks-səda doğurdu. Və xəbər gəlmişdi ki, türk səs-rejissorlarından birinin hazırladığı virtual duetimiz Mustafanı o qədər sehrləyib ki, o, mahnını yeni albomuna daxil etmək istəyir. İndi söhbətlərimiz son danışıqlar mərhələsindədir. Sanki siz hiss etmisiniz və əməkdaşlığımızla belə yaxından maraqlanırsınız. Nə deyim, mesajlarımın hamısı İstanbulda öz ünvanına çatıb. Yəqin ki, Mustafa Ceceli ilə görüşümüz də baş tutacaq. Niyə də birgə əməkdaşlığımız olmasın? Cecelini peşəkar müsiqiçi kimi çox bəyənirəm. Bildiyim qədər o, da səsimin vurğunudur. Məqamı yetişəndə bu barədə daha ətraflı şəkildə suallarınızı cavablandıraram".

Xəbər lenti

Xəbər lenti