...

Möcüzə baş verdi! Model Günay Musayeva bu axşam "Best Model of the World"da yarışacaq

Mədəniyyət Materials 30 İyul 2011 19:09 (UTC +04:00)
Bu dəqiqələrdə aldığımız şad xəbərə görə, Bolqarıstının Plovdiv şəhərində Bakı vaxtı ilə saat 23:00 keçirilən "Best Model of the World" yarışmasında jurinin gözlənilməz qərarına əsasən Azərbaycan adından model Günay Musayeva finalda iştirak edəcək
Möcüzə baş verdi! Model Günay Musayeva bu axşam "Best Model of the World"da yarışacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir Ş.Cavadsoy/

Bu dəqiqələrdə aldığımız şad xəbərə görə, Bolqarıstının Plovdiv şəhərində bu axşam-30 iyul Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək "Best Model of the World" yarışmasında jurinin gözlənilməz qərarına əsasən Azərbaycan adından model Günay Musayeva finalda iştirak edəcək.

Yarışmanın final mərhələsində iştirakının detalları barəsində danışmayan model, əsas nəticənin olduğunu diqqətə çatdırdı.

"Yadınızdadırsa, elə Trend Life-a verdiyim müsahibəmin sonunda (http://ru.trend.az/life/interview/1909481.html) bildirmişdim ki, möcüzələrə inanıram. Və inanın, həyatımda əsl möcüzə baş verdi. Və təşkilatçılar "Best Model of Azerbaijan-2010"nun qalibi kimi məni dəvət etdilər. Artıq neçə gündür Bolqarıstanın Plovdiv şəhərindəki modellərin yerləşdikləri şəhərçiyikdəyəm. Bugün podiuma çıxıb, rəqiblərimlə yarışacağam. Birinci olub-olmayacağım elə də önəmli deyil. Əsas odur ki, mən burdayam"-Günay belə dedi.

Məlumat üçün bildirək ki, müsabiqə Bolqarıstan Televiziyası ilə yanaşı peyk vasitəsi ilə açıq yayımla Türkiyənin TV 8 tele-kanalında da nümayiş olunacaq. Oxucularımız sözügedən televiziyanın www.tv8.com.tr internet səhifəsinə daxil olub, yarışmanı canlı izləmək imkanından da yararlana bilərlər.

Günay Musayeva bol şanlar arzulayırıq!

Xəbər lenti

Xəbər lenti