...

Röya Ayxanın 30 qəpiklik sevgisi (FOTO)

Mədəniyyət Materials 22 Sentyabr 2011 15:10 (UTC +04:00)
Röya Ayxanın 30 qəpiklik sevgisi (FOTO)
Röya Ayxanın 30 qəpiklik sevgisi (FOTO)

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

Komplekssiz sənətçilər arasında birincilər sırasında dayanan populyar estrada müğənnisi Röya Ayxan yenə də diqqətləri öz üzərinə toplamağa müvəffəq oldu. O, yayın son günlərində dondurmaya olan həvəsini foto-kameramıza nümayiş etdirməkdən çəkinmədi. Düşünün, ulduzun marketlərdə cəmi 30 qəpiyə satılan dondurmanı yeməsi qəribə deyilmi? Deyəsən, biz yanıldıq. İştahla dondurmasından dadıb Trend-ə açıqlama verən Röya heç də bu fikirdə deyil.

"Mənim üçün qiymət yox, keyfiyyət önəmlidir. Uşaq yaşlarımızdan hamımız "vaflili plombir" yemişik. Demirəm ki, müasir standartlarla hazırlanan dondurmaları yemirəm. Sadəcə ən xoşuma gələn 30 qəpiklik "plombir"lərdir. Necə deyərlər, köhnə dad, itirilməyən keyfiyyət. Bir də onu deyim ki, ağartı məhsullarına qida rasionumda çox yer verirəm. Məhz süddən hazırlanmış təamlar cazibəmə daha da rəng qatır", - müğənni fikirlərini belə izah etməyə çalışdı.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti