...

"Eurovison-2012" mahnı müsabiqəsi ilə əlaqədar ölkənin turizm sənayesinin iştirakçılarına tapşırıqlar verilib

Mədəniyyət Materials 22 Fevral 2012 12:33 (UTC +04:00)
Azəbaycan Mədəniyyət və Turizm Nazirliyi "Eurovison-2012" müsabiqəsi ilə əlaqədar ölkənin turizm sənayesinin iştirakçılarına tapşırıqlar verib.
"Eurovison-2012" mahnı müsabiqəsi ilə əlaqədar ölkənin turizm sənayesinin iştirakçılarına tapşırıqlar verilib

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azəbaycan Mədəniyyət və Turizm Nazirliyi "Eurovison-2012" müsabiqəsi ilə əlaqədar ölkənin turizm sənayesinin iştirakçılarına tapşırıqlar verib. Trend-in məlumatına görə, bunu mədəniyyət və tuizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, artıq bütün mehmanxana rəhbərləri ilə görüşlər keçirilib.

Nazir deyib ki, artıq "Eurovison"a gələcək müəyyən insanlar üçün yerlərin bronlaşdırılması başa çatıb.

"Bununla Azərbaycan Turizm Assosiasiyası məşğul olur. Biz onlara dəstək veririk. Hazırda hotellərlə danışıqlar davam edir. Hotellərin keyfiyyətinin yüksəldilməsi, POS-terminalların quraşdırılması məsələsi ilə bağlı işlər görülür", - nazir əlavə edib.

Xatırladaq ki, 2012-ci ildə 57-ci "Evrovision" mahnı müsabiqəsi Dövlət Bayrağı Meydanı yaxınlığında tikilən "Baku Crystal Hall"da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti