Azərbaycan, Bakı, 3 may /Trend/
Türkiyənin 57-ci "Eurovision" mahnı müsabiqəsindəki təmsilçisi Can Bonomo tanıtım turlarını davam etdirməklə yanaşı, yeni klip də çəkdirib.
Trend eurovision.az saytına istinadən xəbər verir ki, bu günlərdə klipi çəkilən mahnı "Əlibaba" adlanır. Canın konsertini izləyən tamaşaçılar onun aktyor Sadri Alışıkın pərəstişkarı olduğunu bilirlər. Can Bonomo bu sevgidən irəli gələrək Sadri Alışıkın da rol aldığı "Əlibaba və Qırx quldur" adlı filmin musiqisini yenidən ifa edərək klip çəkidirib.
Müğənni yeni mahnısı və klipini Bakı səfəri ərəfəsində təqdim edəcək.