...

Azərbaycanın gənc musiqiçiləri səfərə hazırlaşır

Mədəniyyət Materials 25 Sentyabr 2012 17:14 (UTC +04:00)
Azərbaycanlı gənc musiqiçilər 2012-ci ilin 1-8 oktyabr tarixində Ukraynanın Lvov şəhərində xalq artisti Yuri Başmetin himayəsi altında keçiriləcək MDB ölkələrinin IV Gənclər Musiqi Akademiyasında iştirak etmək üçün dəvət alıb.
Azərbaycanın gənc musiqiçiləri səfərə hazırlaşır

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

Azərbaycanlı gənc musiqiçilər 2012-ci ilin 1-8 oktyabr tarixində Ukraynanın Lvov şəhərində xalq artisti Yuri Başmetin himayəsi altında keçiriləcək MDB ölkələrinin IV Gənclər Musiqi Akademiyasında iştirak etmək üçün dəvət alıb.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, nazirliyin dəstəyi ilə Azərbaycan Dövlət Xor Kapellasının artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti İlham Nəzərov (vokal), Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri - Prezident təqaüdçüsü Ceyla Seyidova (skripka) və Üzeyir Mahmudbəyli (viola) sözügedən Akademiyada iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti