Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir E.Mehdiyev/
Dünya şöhrətli kolumbiyalı müğənni Şakira Bakıda Tofiq Bəhramov adına stadionda məşq edib.
Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, stadionun qabağında quraşdırılmış böyük monitorda bir müddət məşq kadrları nümayiş olunub.
Şənbə günü Şakira 17 yaşa qədər qadınlar arasında futbol üzrə dünya çempionatının bağlanışında möhtəşəm bir şou ilə çıxış edəcək.
Bazar günü isə müğənni "Bakı Kristal Zal"ında konsert verəcək.