...

Şakira Bakıda möhtəşəm şou təqdim edib: "Körpəm mənimlə birlikdə oxuyur və oynayır" (FOTO)

Mədəniyyət Materials 15 Oktyabr 2012 04:07 (UTC +04:00)
Dünya şöhrətli müğənni Şakira bazar günü Bakıda "Baku Crystal Hall"unda eksklüziv möhtəşəm şou təqdim edib.
Şakira Bakıda möhtəşəm şou təqdim edib: "Körpəm mənimlə birlikdə oxuyur və oynayır" (FOTO)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir V.İmanov/

Dünya şöhrətli müğənni Şakira bazar günü Bakıda "Baku Crystal Hall"unda eksklüziv möhtəşəm şou təqdim edib.

Ulduzun səhnəyə çıxmaqdan əvvəl iki "Qrammy" mükafatının sahibi olan kanadalı R&B və soul ifaçısı Melani Fayona "Change The Records", "The MF Life", "Fool For You" kimi mahnılarla çıxış edib.

Bundan sonra Şakira səhnəyə çıxaraq bir saatlıq proqram təqdim edib. Ana olmağa hazırlaşan ulduz bütün çıxışlarını ləğv edib, lakin Bakıda çıxış etmək təklifindən imtina etməyib.

Hamiləliyin altıncı ayında olan müğənni bir çox rəqs hərəkətlərindən imtina etməli olub. Buna baxmayaraq Şakira səhnədə çox fəal idi və tez-tez su içib. "Körpəmlə birlikdə səhnəyə ilk dəfə çıxdıq. Özümüzü çox yaxşı hiss edirik və körpəmin mənimlə bir yerdə oxumağını və oynamağını hiss edirəm", deyə o bildirib.

Şakiranın rəqs qrupu ilə birlikdə təqdim etdiyi konsert ingilisdilli və Latın Amerikalı mahnılardan ibarət olub. Müğənni "Loca" , "Whenever, Wherever", "She Wolf" "Hips Don't Lie", "Underneath Your Clothes ", "La Tortura", "Don't Bother" mahnılarını xüsusi effektlər və lazer şousunun müşayiəti ilə ifa edib.

Bayram gecəsinin sonunda Şakira Waka Waka (This Time For Africa) mahnısını ifa edib, və "I love you Baku!" söyləyərək zala hava öpüşü göndərib.

Qeyd edək ki, Şakira səhnəyə ölkəsi Kolumbiyanın bayrağı ilə çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti