...

"Qayalarda yazılanlar" adlı beynəlxalq proqramın icrasına başlanılıb

Mədəniyyət Materials 24 Oktyabr 2012 12:24 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Qobustan Milli Tarix-Bədii Qoruğu, ABŞ-ın Amerika Hinduların Milli Muzeyi və Smitsonian İnstitutunun tərəfdaşlığı ilə "Qayalarda yazılanlar" adlı beynəlxalq proqramın icrasına başlanılıb.
"Qayalarda yazılanlar" adlı beynəlxalq proqramın icrasına başlanılıb

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Qobustan Milli Tarix-Bədii Qoruğu, ABŞ-ın Amerika Hinduların Milli Muzeyi və Smitsonian İnstitutunun tərəfdaşlığı ilə "Qayalarda yazılanlar" adlı beynəlxalq proqramın icrasına başlanılıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cari ilin sentyabrından başlanan layihədə iştirakçılar qarşılıqlı səyahətlər edərək, arxeoloq və qayaüstü təsvirlər üzrə mütəxəssislərlə birgə təlimlər keçəcək, qayaüstü təsvirlərin konservasiyası, sənədləşdirilməsi və idarə olunması sahəsində təcrübə toplayacaqlar.

Hər ölkə üzrə 10 nəfərədək şəxsin iştirak etdiyi proqramda, cari ilin 21-27 oktyabr tarixində amerikalı qrupun Azərbaycana, 2013-cü ilin 9-15 mart tarixində isə Azərbaycandan olan qrupun ABŞ-a səfəri nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti