...

Azərbaycanda Avropa Şurasının "Mədəniyyətlərarası şəhərlər" layihəsi həyata keçiriləcək

Mədəniyyət Materials 30 Oktyabr 2012 18:48 (UTC +04:00)
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Avropa Şurası (AŞ) baş katibinin müavini xanım Qabriela Battaini-Draqoninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycanda Avropa Şurasının "Mədəniyyətlərarası şəhərlər" layihəsi həyata keçiriləcək

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Avropa Şurası (AŞ) baş katibinin müavini xanım Qabriela Battaini-Draqoninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə baş katibin müavini ilə yanaşı, Avropa Şurasının siyasi məsləhət üzrə direktoru Aleksandr Qessel, proqramlar üzrə baş direktorun ofisinin təmsilçisi Verena Teylor, baş katibin müşaviri Adrian Evtuhovitsi, Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Vasif Eyvazzadə və Xarici İşlər Nazirliyinin əməkdaşı Pərviz Rüstəmov iştirak ediblər.

Görüş zamanı Azərbaycanla Avropa Şurası arasındakı mədəniyyət sahəsində əməkdaşlıq, Azərbaycanın Avropa Şurasının mədəniyyət layihələrində fəal iştirakı, məniyyətlərarası dialoq üzrə Azərbaycanın təəbbüsləri və digər məsələlər ətrafında müzakirələr aparılıb, mədəniyyət siyasətinin təkmilləşdirilməsində Avropa təcrübəsinin tətbiqi və Avropa Şurasının "Mədəniyyətlərarası şəhərlər" layihəsinin Azərbaycanda həyata keçirilməsi barədə ümumi razılıq ifadə olunub.

Bununla yanaşı, 2008-ci il 2-3 dekabrda Bakıda "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransının yüksək səviyyədə təşkili olunması və bu tədbirin təşkilində Avropa Şurasının dəstəyi, eyni zamanda, bu konfransda Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq "Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi"nin qəbul edilməsi, beləliklə də sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan "Bakı prosesi"nin və bu prosesin uğurla davam etdirilməsi məqsədilə Azərbaycan tərəfindən təklif edilən "Sənətçilər dialoq naminə" layihəsinin əsasının qoyulması bir daha diqqətə çatdırılıb.

7-9 aprel 2011-ci il tarixdə Azərbaycan Prezidentinin rəhbərliyi ilə keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti, YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, AŞ Şimal-Cənub Mərkəzi, İSESKO kimi mötəbər beynəlxalq qurumların dəstəklədiyi və dünyada ilk dəfə bu formatda keçirilən Forumun əsas məqsədinin mədəniyyətlərarası dialoq sahəsində Azərbaycanın reallaşdırdığı təşəbbüsləri regional müstəvidən çıxararaq qlobal səviyyəyə qaldırmaq olduğu xüsusilə vurğulanıb.

Görüşdə Qarayev xanım Battaini-Draqoninin Avropa Şurasının mədəniyyətlərarası dialoq üzrə koordinatoru olduğu müddətdə Azərbaycanla Avropa Şurası arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafı və bu sahədə əldə olunmuş uğur və nailiyyətlərə görə qarşı tərəfə öz minnətdarlığını bildirib, belə əhəmiyyətli nəticələrin bundan sonra da davamlı olacağına ümidini ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti