...

Çexiyada Azərbaycan mədəniyyətinə həsr olunmuş sərgi keçirilib (FOTO)

Mədəniyyət Materials 19 Dekabr 2012 18:09 (UTC +04:00)
Çexiyanın Ostrava şəhər muzeyində "Əbədi odlar yurdu - Azərbaycanın minillik mədəniyyəti" adlı sərginin açılış mərasimi olub. Bu barədə Trend Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.
Çexiyada Azərbaycan mədəniyyətinə həsr olunmuş sərgi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Çexiyanın Ostrava şəhər muzeyində "Əbədi odlar yurdu - Azərbaycanın minillik mədəniyyəti" adlı sərginin açılış mərasimi olub. Bu barədə Trend Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.

Açılışda Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, ölkəmizin Çexiyadakı səfiri Tahir Tağızadə, Ostrava şəhərinin vitse-meri, Moravia-Sileziya regionunun vitse-qubernatoru, Ostrava şəhər muzeyinin direktoru, senator və deputatlar və digər rəsmi şəxslər iştirak ediblər.

Məmmədəliyeva təmsil etdiyi qurum tərəfindən Çexiya ilə Azərbaycan arasındakı mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verildiyini və bu ölkənin Azərbaycan üçün prioritet ölkələrdən biri olduğunu bildirib.

Tədbir çərçivəsində mətbuat konfransı və Ostrava şəhərinin vitse-qubernatoru da daxil olmaqla bir sıra rəsmi görüşlər keçirilib. Görüşlərdə nazir müavini son illər Çexiya ilə mədəniyyətin demək olar ki bütün sahələri - incəsənət, musiqi, teatr, muzey, kitabxana, turizm və s. sahələr üzrə əməkdaşlığın uğurla davam etdirildiyini, hər iki ölkənin zəngin mədəniyyətlərinin qarşılıqlı təbliği və əsrlər boyu qorunub saxlanılmış mədəniyyət incilərinin tanıdılması istiqamətində əhəmiyyətli işlər görüldüyünü xüsusilə vurğulayıb.

Şəhər əhalisinin iştirakı ilə keçən tədbir sonra şəhər meydanında, muzeyin ətrafında davam etdirilib.

Səfər çərçivəsində Vitkoviçe kombinatı, Ostrava şəhərinin mədəniyyət mərkəzi və konsert zalı ilə tanışlıq də baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti