...

Bakıda yeni Folklor Teatrı yaradılır

Mədəniyyət Materials 23 Yanvar 2013 19:37 (UTC +04:00)
Azərbaycan folklor nümunələrini və adət-ənənələrini geniş tamaşaçı auditoriyasına çatdırmaq və beynəlxalq səviyyədə layiqincə təbliğ etmək məqsədilə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi yeni Folklor Teatrının yaradılmasını qərara alıb.
Bakıda yeni Folklor Teatrı yaradılır

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Azərbaycan folklor nümunələrini və adət-ənənələrini geniş tamaşaçı auditoriyasına çatdırmaq və beynəlxalq səviyyədə layiqincə təbliğ etmək məqsədilə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi yeni Folklor Teatrının yaradılmasını qərara alıb.

Trend İdarənin rəsmi saytına istinadən məlumat verir ki, bu qərara əsasən Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi yeni yaradılan teatra üzv olmaq istəyən istedadlı və yaradıcı gəncləri seçimlərə dəvət edir.

Folklor Teatrına seçimlər 31 yanvar saat 11:00-da İçərişəhər, Mirzə Şəfi küç., 4 ünvanında keçiriləcək.

Azərbaycan dünyanın ən zəngin folklor sərvətlərindən birinə sahibdir. Epik folklor janrlarında nağıl və dastanlar, əfsanələr, xalq müdrikliyinin ifadəsi olan atalar sözləri və zərbi-məsəllər, arxaik folklor janrlarında sınamalar, ovsunlar, fallar, andlar, dualar, alqışlar və qarğışlar, lirik janrlarda bayatılar, bağlı olduğu hadisə və ya proses baxımından mərasim folklor janrlarında xalq oyunları və meydan tamaşaları, müxtəlif təbiət hadisələri ilə bağlı olan mərasimlər, toy və yas mərasimləri geniş yer tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti