...

Bakıda "Möhtəşəm Yüzyıl" serialının qəhrəmanlarının zinət əşyaları nümayiş etdiriləcək

Mədəniyyət Materials 30 Mart 2013 13:23 (UTC +04:00)
Aprelin 4-dən 6-dək Bakıda keçiriləcək beynəlxalq turizm və səyahət sərgisində Azərbaycanda da sevilən Türkiyənin "Möhtəşəm Yüzyıl" serialının qəhrəmanlarının zinət əşyaları nümayiş etdiriləcək.
Bakıda "Möhtəşəm Yüzyıl" serialının qəhrəmanlarının zinət əşyaları nümayiş etdiriləcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir İ.İzzət/

Aprelin 4-dən 6-dək Bakıda keçiriləcək beynəlxalq turizm və səyahət sərgisində Azərbaycanda da sevilən Türkiyənin "Möhtəşəm Yüzyıl" serialının qəhrəmanlarının zinət əşyaları nümayiş etdiriləcək. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm üzrə müşaviri Seyid Ahmet Arslan "Regional TV"-yə açıqlamasında bildirib.

Ümumilikdə sərgidə dünyanın 35 ölkəsindən turizm sektorunun müxtəlif istiqamətlərini təmsil edən şirkət və təşkilatlar iştirak edəcək.

Onun sözlərinə görə, qardaş ölkə nümayəndələri Bakıda keçiriləcək sərgiyə xüsusi hazırlaşıb. Qonşu ölkənin İstanbul, İzmir, Antalya, Muğla, Manisa, Konya və digər bu kimi turizm sahəsində inkişaf etmiş bölgələri sərgidə öz potensialını nümayiş etdirəcək.

Müşavir bildirib ki, Türkiyə il ərzində 160 beynəlxalq turizm sərgisində iştirak edir. Bakıda keçirilən bu sərgi də qonşu ölkə üçün xüsusi önəm daşıyır. Çünki Azərbaycandan qardaş ölkəyə hər il 100 minlərlə turist istirahətə yollanır.

Sərgidə Türkiyənin stendinin diqqətçəkən olması üçün səyahətlə bağlı kiçik teatr tamaşası da nümayiş etdiriləcək.

Səfirliyin müşaviri televiziyalarda yayımlanan tanıtım xarakterli verilişlərin turistlərin cəlb olunmasında böyük əhəmiyyəti olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti