...

"Sakarya Fırat" serialının Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş bölümünün geniş xülasəsi veriləcək (VİDEO)

Mədəniyyət Materials 2 Aprel 2013 16:31 (UTC +04:00)
Martın 27-də "Sakarya Fırat" serialının Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında epizodların yer aldığı hissəsini seyr edə bilməyənlər "TRT 1" kanalında aprelin 3-ü Bakı vaxtı ilə saat 21:50-də həmin bölümün geniş xülasəsinə baxa bilərlər.
"Sakarya Fırat" serialının Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş bölümünün geniş xülasəsi veriləcək (VİDEO)

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İ.İzzət/

Martın 27-də "Sakarya Fırat" serialının Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında epizodların yer aldığı hissəsini seyr edə bilməyənlər "TRT 1" kanalında aprelin 3-ü Bakı vaxtı ilə saat 21:50-də həmin bölümün geniş xülasəsinə baxa bilərlər.

TRT-nin Bakı ofisindən Trend-ə bildiriblər ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun qəhrəmanlığı "TRT 1" kanalında nümayiş olunan "Sakarya Fırat" serialında geniş xülasə şəklində yenidən yayımlanacaq.

TRT-nin Bakı təmsilcisi Yüksel Değercanın verdiyi məlumata əsasən, TRT kanalının istəyi ilə serialın geniş xülasəsində Milli Qəhrəman Mübariz İbrahimovun qəhrəmanlıq hekayəsi və serialdakı dialoqlar ona böyük sevgi və hörmət əlaməti olaraq yenidən ekranlara gələcək.

Xatırladaq ki, martın 27-də "Sakarya Fırat" serialında bölümündə Mübarizin qəhrəmancasına şəhid olması, "Mübarizi unutmayın" çağırışı öz əksini tapıb. Bölümün sonunda Mübariz İbrahimovun fotoşəkli Türkiyə şəhidləri ilə eyni "Şərəf lövhəsi"nə yerləşdirilib.

"Sakarya Fırat" serialının növbəti yeni bölümü aprelin 3-də Bakı vaxtı ilə saat 21:50-də "TRT 1" kanalında yayımlanacaq.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti