...

TRT-nin baş direktoru Azərbaycana gəlir

Mədəniyyət Materials 22 Aprel 2013 15:58 (UTC +04:00)
Türkiyə Radio-Televiziya Qurumunun (TRT) baş direktoru İbrahim Şahinin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 29-da Azərbaycana səfər edəcək.
TRT-nin baş direktoru Azərbaycana gəlir

Azərbaycan, Bakı, 22 aprel /Trend/

Türkiyə Radio-Televiziya Qurumunun (TRT) baş direktoru İbrahim Şahinin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 29-da Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə TRT-nin Bakı təmsilçiliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, üç günlük səfər çərçivəsində Azərbaycanda dövlət, ictimai və özəl telekanalların rəhbərləri ilə yanaşı, Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri və Azərbaycan Mətbuat Şurasının sədri ilə də bir sıra görüşlər keçiriləcək.

Səfər əsnasında iki ölkə arasında televiziya və KİV sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti