...

Türkiyənin "Zengin kız, fakir oğlan" teleserialının bir hissəsi Bakıda çəkiləcək

Mədəniyyət Materials 6 May 2013 11:33 (UTC +04:00)
Türkiyənin "TRT1" telekanalında yayımlanan "Zengin kız, fakir oğlan" serialının bir hissəsi Bakıda çəkiləcək.
Türkiyənin "Zengin kız, fakir oğlan" teleserialının bir hissəsi Bakıda çəkiləcək

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir E.Mehdiyev/

Türkiyənin "TRT1" telekanalında yayımlanan "Zengin kız, fakir oğlan" serialının bir hissəsi Bakıda çəkiləcək. Bu barədə Trend-ə TRT-nin Bakı təmsilçiliyindən daxil olan məlumatda bildirilir.

TRT Bakı təmsilçiliyindən verilən məluymatda o da bildirilir ki, keçən həftə Azərbaycanın iki aktyoru serialın qonağı olub. Sənubər İsgəndərli və Əzizağa Əzizov serialın 36-cı seriyasına çəkiliblər. Azərbaycanlı aktyorların oynadıqları seriyanın mayın 16-da, Bakı vaxtı ilə saat 21:50-də nümayiş etdiriləcəyi bildirilir.

Serialı çəkən "MinT Prodüksiyon" şirkətindən TRT-yə verilən məlumata əsasən, bu addımın "bir millət, iki dövlət" olan Türkiyə və Azərbaycan xalqları arasında körpüyə bir töhfə vermək məqsədi daşıdığı bildirilib.

Bundan əvvəl isə geniş tamaşaçı kütləsinin rəğbətinin qazanan
"Avrupa Avrupa" serialının bir hissəsi də Azərbaycanda çəkilmişdi.

Bakıda səfərdə olan TRT-nin baş direktoru İbrahim Şahin serialın bir hissəsinin Azərbaycanda çəkilməsinin kifayət etmədiyini və "mən bu çəkilişlərə serialda daha çox yer verilməsini istəyirdim",- deyə bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti