...

Sarayevonun mərkəzi meydanında "Xocalıdan Srebrenitsaya" adlı foto və rəsm sərgisi açılıb (FOTO)

Mədəniyyət Materials 12 İyul 2013 16:34 (UTC +04:00)
Sarayevo şəhərində "Xocalıya Ədalət" kampaniyasının təşəbbüsü ilə təşkil edilən və 9-10 iyul tarixlərində Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən "Xocalıdan Srebrenitsaya: Soyqırım və etnik təmizləmənin qarşısının alınması" adlı beynəlxalq simpoziumun nəticəsi olaraq dünən Srebrenisa soyqırımının ildönümü günündə Sarayevo şəhərinin mərkəzi Marşal Tito meydanında "Xocalıdan Srebrenisaya" adlı foto və rəsm sərgisi açılıb.
Sarayevonun mərkəzi meydanında "Xocalıdan Srebrenitsaya" adlı foto və rəsm sərgisi açılıb (FOTO)

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir İ.İzzət/

Sarayevo şəhərində "Xocalıya Ədalət" kampaniyasının təşəbbüsü ilə təşkil edilən və 9-10 iyul tarixlərində Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən "Xocalıdan Srebrenitsaya: Soyqırım və etnik təmizləmənin qarşısının alınması" adlı beynəlxalq simpoziumun nəticəsi olaraq dünən Srebrenisa soyqırımının ildönümü günündə Sarayevo şəhərinin mərkəzi Marşal Tito meydanında "Xocalıdan Srebrenisaya" adlı foto və rəsm sərgisi açılıb.

Bu barədə Trend-ə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) Avrasiya Regional Mərkəzinin əməkdaşı Sevinc İsgəndərova bildirib.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə təşkil edilən sərginin açılışında DQİDK sədri Elşad İskəndərov, Azərbaycan Respublikasının Bosniyadakı təmsilçiliyinin əməkdaşları, "Xocalıya Ədalət" kampaniyasının Avropadakı nümayəndələri iştirak ediblər.

Sərgidə rəssam Nazim Məmmədovun Xocalı qətliamını əks etdirən rəsm əsərləri, həmçinin Xocalıda çəkilmiş fotoşəkillər nümayiş etdirilir. Sərgi bir həftə davam edəcək.

Sərgi ilə yanaşı, Srebrenitsa soyqırımının anım günü - 11 iyulda Bosniyanın ən iri ticarət mərkəzi olan "Sarayevo Mall"un fasadında yerləşən monitorda gün ərzində Xocalı və Srebrenitsa soyqırımları zamanı dinc əhalinin itkilərini əks etdirən rəqəmlər nümayiş etdirilib.

Sərgi və stend Srebrenitsa soyqırımının anım mərasimində iştirak üçün Sarayevoya gələn çoxsaylı nümayəndə heyətləri, şəhər sakinləri və turistlərin marağına səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti