...

Bakıda “Azərbaycan Prezidenti kuboku” beynəlxalq KVN turniri keçirilib (FOTO)

Mədəniyyət Materials 24 Oktyabr 2013 10:37 (UTC +04:00)
Bakı şəhərində Heydər Əliyev Sarayında Şən və Hazırcavablar Klubunun (KVN) yüksək liqasının ən yaxşı komandalarının iştirakı ilə "Azərbaycan Prezidenti Kuboku" beynəlxalq turniri keçirilib.
Bakıda “Azərbaycan Prezidenti kuboku” beynəlxalq KVN turniri keçirilib (FOTO)

Azərbaycan, Bakı, 24 oktyabr /Trend Life, müxbir Vüqar İmanov/

Bakı şəhərində Heydər Əliyev Sarayında Şən və Hazırcavablar Klubunun (KVN) yüksək liqasının ən yaxşı komandalarının iştirakı ilə "Azərbaycan Prezidenti Kuboku" beynəlxalq turniri keçirilib. Bu barədə Trend Life xəbər verir.

Turnirin açılış mərasimində çıxış edən KVN-nin Azərbaycan liqasının rəhbəri Anar Sultanov "Azərbaycan Prezidenti kuboku" beynəlxalq turnirinin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Sonra səhnəyə "AMİK" Televiziya Yaradıcılıq Birliyinin və "KVN" Beynəlxalq Birliyinin prezidenti Aleksandr Vasilyeviç Maslyakov çıxıb. O, Bakıda 18 il əvvəl olduğunu və şəhərin çox gözəlləşdiyini bildirib və iştirakçılara uğurlar arzulayıb.

Tamaşaçılara Azərbaycanda KVN hərəkatının inkişafı, bir vaxtlar Yuli Qusman və Anar Məmmədxanovun rəhbərlik etdiyi "Parni iz Baku" komandasının uğurları və iki qələbəsi barədə videoçarx təqdim edilib. Yeri gəlmişkən, müxtəlif nəsillərdən olan komandaların üzvləri də qonaqlar arasında olub.

Turnirdə "Rəislər", (İrkutsk), "Dnepr" (Dnepropetrovsk vilayətinin yığması), "Parapaparam" (MDBƏİ, Moskva), Bakı Yığması (Azərbaycan), KVN üzrə Kamızyak diyarının yığması (Həştərxan), Triod və Diod (Smolensk) komandaları çıxış ediblər.

Turnirin sonunda bütün komandalara münsiflər tərəfindən kuboklar verilib, əsas mükafat - Azərbaycan Prezidentinin kuboku isə Aleksandr Maslyakova təqdim edilib.

Tədbir KVN-nin Azərbaycan liqası, Gənclər və İdman Nazirliyi və ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tərəfindən təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti