...

Xalq şairi Fikrət Qoca: Prezident İlham Əliyev sənət adamlarına, ziyalılara öz diqqətini heç zaman əsirgəmir

Mədəniyyət Materials 24 Dekabr 2013 12:00 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycanı bugünkü vəziyyətə gətirib və danılmaz bir müstəqil ölkəyə çevirib. Bu barədə Trend-ə Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, xalq şairi Fikrət Qoca deyib.
Xalq şairi Fikrət Qoca: Prezident İlham Əliyev sənət adamlarına, ziyalılara öz diqqətini heç zaman əsirgəmir

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir E.Mehdiyev/

Prezident İlham Əliyev Azərbaycanı bugünkü vəziyyətə gətirib və danılmaz bir müstəqil ölkəyə çevirib. Bu barədə Trend-ə Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, xalq şairi Fikrət Qoca deyib.

F.Qoca qeyd edib ki, Azərbaycan artıq dünya ölkələri arasında seçilir: "Azərbaycan sürətlə inkişaf edir. İlham Əliyev Azərbaycan üçün böyük işlər görür. Bir neçə gün əvvəl "Şahdağ" qış-yay turizm kompleksini açmaqla Azərbaycanın qüdrətli ölkə olmasını bir daha sübut etdi. Dağlarımız var idi, ancaq orada turizm kompleksi yox idi. İlham Əliyev Azərbaycan üçün bunu da etdi".

Xalıq şairi əlavə edib ki, bir tərəfdə ermənilərin, digər tərəfdən başqalarının Azərbaycana qarşı təxribatı mövcud olan bir vaxtda Azərbaycanda belə inkişafa nail olmaq çox çətindir: "Vaxtilə Bakıda gül görəndə kəsib götürürdülər ki, gül tapmışam. Amma indi Bakı gül-çiçək içindədir, küçələr gözəlləşib".

Azərbaycanın əldə etdiyi iqtisadi uğurlara toxunan F.Qoca deyib ki, Prezident İlham Əliyev iqtisadiyyatı gözəl bilir: "Prezident bilir ki, iqtisadiyyat olmayan yerdə azadlıq da olmayacaq. İlham Əliyev bunu elan etmir, göstərir, real iş görür və günbəgün iqtisadiyyatımız artır, ölkə güclənir. Bu günlərdə imzalanan "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarı Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir. Bu çox böyük siyasətdir. Bununla da Azərbaycan borular vasitəsilə də Avropaya birləşdi və beynəlxalq əlaqələri daha da gücləndi. Eyni zamanda bu qərar Azərbaycan iqtisadiyyatının güclü inkişafını təmin edəcək".

F.Qoca, həmçinin İlham Əliyevin yazıçılara, şairlərə və digər sənət adamlarına böyük diqqət və qayğı göstərdiyini diqqətə çatdırıb: "Ulu öndərimiz Heydər Əliyev də yazıçılara və şairlərə çox böyük qiymət verirdi. Ümummilli lider yazıçıların birinci dostu idi. Prezident İlham Əliyev də Heydər Əliyev məktəbindən çıxıb və sənət adamlarına, ziyalılara öz diqqətini heç zaman əsirgəmir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti