...

Milli Azərbaycan Tarixi Muzeyində "Dost ellərinin hədiyyələri" sərgisi açılacaq

Mədəniyyət Materials 15 May 2014 13:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /Trend/

Mayın 16-da Milli Azərbaycan Tarixi Muzeyində "Dost ellərinin hədiyyələri" sərgisinin təntənəli açılışı olacaq.

Muzaydən Trend-ə verilən məlumata görə, sərgidə 74 ölkə və bölgəni təmsil edən 600-dan artıq unikal eksponat - Azərbaycanın dövlət müəssisələri və görkəmli şəxsiyyətlərinə olunan hədiyyələr nümayiş etdirilir. Belə sərgi ilk dəfədir ki Muzeydə təşkil olunur.

Ümumiyyətlə, Muzeyin kolleksiyasında xarici ölkələrin 800-dən artıq eksponatı qorunur. Onlardan sərgidə 74 ölkə və bölgəni təmsil edən 600-dan artıq unikal eksponat nümayiş olunur.

Ən birinci hədiyyə 1944-cü ilə aiddir və Təbriz azərbaycanlılarının Azərbaycan SSR-yə hədiyyəsidir. Ən çox hədiyyə - 105 ədəd - Rusiya Federasiyasından təqdim olunub. Əslində yalnız Moskva və Leninqrad (Sankt-Peterburq) deyil, Rusiyanın ayrı-ayrı subyektlərinin də hədiyyələri mövcuddur (Dağıstan, Çeçenistan, Tatarıstan, Başqırdıstan, Sibir bölgələri)

Eksponatlar sırasında bütün qitələrin hədiyyələri təqdim olunub - Avropa, Asiya, Afrika, Amerika, Avstraliya.

Ən şimal ölkə Norveçdən ən cənub ölkə Argentinə və Braziliyaya qədər, ən soyuq bölgə Tümen, ən isti ölkə Seneqala qədər, ən yaxın ölkə Gürcüstandan, ən uzaq Yaponiya və Kanadaya qədər olan xalqların hədiyyələrini sərgidə görmək mümkündür.

Siyasi xarakterli hədiyyələrlə bərabər idman, mədəniyyət, sənaye xarakterli hədiiyələr də mövcuddur. Hədyyələrin bir qismi Muzeyə olunan hədiyyələrdir.

Ekspozisiyada alban, bolqar, çex, qana, monqol, özbək, rumın, türkmən milli geyimləri də sərgilənir.

Sərgidə əfqan, belarus, rumın, iran, mali, misir, moldova, kabardin- balkar, tacik, türkmən xalçaları nümayiş olunur.

Həmçinin Rus, qazax, kuba, hindistan, çin, seneqal, özbək musiqi alətləri təqdim olunur.

Ekspozisiyada müxtəlif təşkilatlarla bərabər aşağıda adları göstərilən ölkə rəhbərləri və dövlət xadimləri - Rusiya Prezidenti Vladimir Putin, Meksika Prezidenti X.Lopes, Misir Prezidenti Camal Əbdül Nasir, İran Şahı Məhəmməd Rza Pəhləvi, İndoneziyanın Baş naziri Sukarno, İndoneziya parlamentinin spikeri Marzuki Alie, Albaniyanın Baş naziri Ənvər Xoca, Əfqanıstan Şahı Məhəmməd Zahir, Türkiyə Prezidentinin xanımı Səmra Özalın hədiyyələri nümayiş olunur.

Ekspozisiyada tamaşaçılara aşağıdakı unikal hədiyyələr də nümayiş etdirilir: italyan siyasi dustaqlarının (partizanlarının) həbsxanada çörəkdən düzətdikləri suvenir gül çələngi; Almaniyanı iki hissəyə ayıran divar parçasından külqabı; ABŞ-ın ilk kosmonavtı Staffordun imzası ilə fotoşəkli; Qazaxıstandan qədim türk oyunu "9 kumalak", Yaponiyadan samuray dəbilqəsi, Seneqaldan yay-ox və maskalar; Rusiyanın ilk sökülüb-yığılan velosipedi; Özbəkistanın unikal keramikası; Çexiyanın nadir büllür qabları; Tbilisinin fəxri vətəndaşının medalı, 1887-ci il ABŞ dolları; İran sədəfləri; Hindistan musiqi alətləri; Belarusdan Brest qalasının torpağı; Pribaltika rəssamlarının rəsm əsərləri; 1924-cü il Braziliya pulu; Çin keramika fiqurları; Əfqanıstandan mərmər masa; fin bıçağı; İraq gümüş suvenirləri; Kuba konyak dəsti; monqol ağac oyuncaqları; Myanma fiqurları; Ukrayna tikmələri və başqaları.

Sərgi sentyabrın 1-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti