...

YARAT əfsanəvi fotoqraf Devid Montqomeri ilə görüşə dəvət edir

Mədəniyyət Materials 29 May 2014 13:13 (UTC +04:00)
Montqomeri Bill Klinton, Mik Caqqer, Cimmi Hendriks, Marqaret Tetçer, Piter o'Tula, Endi Uorholl, ingilis kral ailəsinin üzvlərinin fotolarını çəkmişdir.
YARAT əfsanəvi fotoqraf Devid Montqomeri ilə görüşə dəvət edir

Azərbaycan, Bakı, 29 may /Trend/

YARAT Müasir incəsənət Məkanı fotoları 60-cı illərin ən parlaq təsvirinə çevrilən əfsanəvi fotoqraf Devid Montqomeri ilə görüşə dəvət edir. Montqomeri Bill Klinton, Mik Caqqer, Cimmi Hendriks, Marqaret Tetçer, Piter o'Tula, Endi Uorholl, ingilis kral ailəsinin üzvlərinin fotolarını çəkmişdir.

Trend-in məlumatına görə, Devid Montqomeri (1937) çəkdiyi məhşurlar və zadəganların fotoportretləri ilə tanınır. Devid Nyu York Culliard Musiqi məktəbində musiqi üzrə təhsil almışdır. Bundan sonra bir müddət fotoqraf Lester Bukbinderin köməkçisi kimi işləmişdir. 60-cı illərin əvvəlində Lesterlə birgə Böyük Britaniyaya çəkilişə yola düşən Devid həmişəlik orda qalmağa qərar verir.
Montqomerinin fotoları müntəzəm olaraq Vogue, The Sunday Times və Rolling Stone kimi jurnallarda çap edilir.

2000-ci il ərəfəsində poçt xidməti Montqomeriyə yeni Minilliyin başlanması münasibətilə xüsusi olaraq buraxılacaq poçt markalarının fotosunu çəkməyi sifariş vermişdir. Millenium astanasında çəkilən bu foto Dizayn və Bədii Tətbiqetmə sahəsində gümüş britaniya mükafatına layiq görülmüşdür. Montqomeri tərəfindən çəkilən şəkillər 60-cı illərin pop mədəniyyətinin ən parlaq obrazlarını əks etdirərək janrın klassikasına çevrilmişdir. 2011-ci ildə Londonun Proud Chelsea qalereyası montqomerinin The Rolling Stones in Decca Years The Rolling Stones 1962-1971 adlı musiqi antologiyası üçün çəkdiyi fotolardan ibarət sərgi keçirmişdir.

Devid Montqomeri ilə görüş YARAT-ın ən məhşur rəssamlar, kurator və incəsənət tənqidçilərinin iştirakı ilə təşkil etdiyi ustad dərsləri, mühazirə və seminarlardan ibarət təhsil proqramı çərçivəsində baş tuatacaqdır.

YARAT-ın təhsil proqramına mühazirələr, seminarlar və hər ay məhşur rəssamlar, fotoqraflar, kuratorlar və tənqidçilər tərəfindən keçirilən ustad dərsləri daxildir. Ustad dərsləri və seminarlar YARAT-ın təhsil proqramı çərçivəsind pulsuz təşkil edilir.

2012-2014-cü illər ərzində Moskva Müasir İncəsənət Mərkəzinin əməkdaşları, Vitaliy Patsyukov və Aleksandra Obuxova, Tiflis Müasir İncəsənət Mərkəzinin yaradıcısı Vato Tsereteli, Central St. Martins Universitetinin dekanı cənab Mark Danhil və London King College-in heykəltaraşlıq fakultəsinin rəhbəri Bakıda ustad dərslərini həyata keçirmişlər.

2014-cü ilin sonuna qədər kurator Sara Rza, rəssam Mahmud Baxşı, fotoqraflar Mervin Artur və Rozella Emmanuel, həmçinin animasiya və video-art sahəsində ixtisaslaşmış, London İncəsənət Universitetinin professoru Birqitta Xoseanın ustad dərslərinin keçirilməsi planlaşdırılır.
Saat: 19:00
Ünvan: Beynəlxalq Muğam Mərkəzi ( Neftçilər prospekti 9)
Giriş sərbəstdir
Muhazirə İngilis dilində keçiriləcək ( Azərbaycan dilinə tərcümə olunaraq)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti