...

Azərbaycan Tarixi Muzeyindəki eksponatları bərpa etmək mümkün olacaq

Mədəniyyət Materials 18 İyun 2014 12:22 (UTC +04:00)
Milli Azərbaycan Tarixi Muzeyi üçün müxtəlif xarakterli tarixi eksponatları bərpa etməyə imkan verən yeni laborator avadanlıq alınıb.
Azərbaycan Tarixi Muzeyindəki eksponatları bərpa etmək mümkün olacaq

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Milli Azərbaycan Tarixi Muzeyi üçün müxtəlif xarakterli tarixi eksponatları bərpa etməyə imkan verən yeni laborator avadanlıq alınıb.

Muzeydən Trend-ə verilən məlumata görə, alınmış avadanlıq sırasında İngiltərənin "Wellord & co" bərpa və konservasiya şirkətinin istehsalı olan vakuum təmizləyicisi, eyni şirkətin istehsalı olan nəmləndirici masa, İtaliyanın "Bertoncello proxima" şirkətinin istehsalı olan mikro-qaynağ cihazı (bütün növ materiallar üzrə), İtaliyanın "CTS-prodotti-perrestouru" şirkətinin istehsalı olan sərt cisimlərin korroziya və oksidləşməsinə qarşı ultra-səs təmizləyici vanna, eyni şirkətin istehsalı olan arxeoloji tapıntıların ərplərini təmizləyən pyezo-elektrik ultrasəs təmizləyici cihaz, İtaliyanın "Dino-lite ANMO-electronics" şirkətinin istehsalı olan eksponatların üzərindəki ziyanlı proseslərin videoregistraiya cihazı, İtaliyanın "CTS-prodotti-perrestouru" şirkəti və Almaniyanın "Scheider" şirkətinin birgə istehsalı olan qəliz kimyəvi proseslər zamanı havasızlıq fəzasını yaratmağ üçün vakum nasosu kimi cihza və qurğular var.

Alınmış avadanlıq istər şəxsi kolleksiyalarda olmuş, istərsə də arxeoloji tədqiqatlar zamanı aşkarlanmış istənilən növ tarixi materialların təmizlənməsi və sonrakı bərpası üçün geniş imkanlar yaradacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmi inkişaf Fondunun qrantı ilə "MATM Bərpa laboratoriyasının müasir cihaz və qurğularla təchiz olunması" layihəsi çərçivəsində alınmış avadanlıqların təqdimat mərasimi sabah Milli Azərbaycan Tarixi Muzeyində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti