...

Aktyorlar hərbi liseydə (FOTO)

Mədəniyyət Materials 27 Dekabr 2014 17:43 (UTC +04:00)
Təsdiq edilmiş plana əsasən il ərzində Cəmşid Naxçıvanski adına Hərbi Liseydə şəxsi heyətin asudə vaxtının təşkili məqsədilə silsilə tədbirlər keçirilir.
Aktyorlar hərbi liseydə (FOTO)

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

Təsdiq edilmiş plana əsasən il ərzində Cəmşid Naxçıvanski adına Hərbi Liseydə şəxsi heyətin asudə vaxtının təşkili məqsədilə silsilə tədbirlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu günlərdə Sumqayıt Dövlət Dram Teatrının aktyorları İsi Məlikzadənin "Gəl qohum olaq" tamaşası ilə kursantlar qarşısında çıxış ediblər.

Əvvəlcə teatrın aktyoru xalq artisti Valeh Kərimov çıxış edərək Hərbi Liseyin rəhbərliyinə dəvət üçün minnətdarlığını bildirib. Təqdim olunan tamaşa kursantlar tərəfindən maraqla izlənilib.

Sonda Hərbi Liseyin rəisi adından Sumqayıt Dövlət Dram Teatrının kollektivi fəxri fərmanla təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti