...

F.Qocanın 80 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək

Mədəniyyət Materials 12 Oktyabr 2015 15:56 (UTC +04:00)
Bu gü saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında xalq şairi Fikrət Qocanın 80 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək.
F.Qocanın 80 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Bu gü saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında xalq şairi Fikrət Qocanın 80 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, yubiley münasibətilə F.Qocanın səkkizcildliyi çapdan çıxıb. Seçilmiş əsərlər toplusuna şairin sovet dövründə nəşr edilmiş, habelə son illər yazdığı əsərlər daxil edilib.

Nəfis şəkildə tərtib edilən nəşrdə şairin roman və povestləri yer alıb. Xalq şairinin "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" əsərləri də səkkizcildliyə daxil edilib.

Qeyd edək ki, F.Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin katibidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti