...

Azərbaycan Aşıqlar Birliyinə yeni sədr seçilib

Mədəniyyət Materials 3 Mart 2016 15:58 (UTC +04:00)
Martın 3-də Azərbaycan Aşıqlar Birliyinin İdarə Heyətinin iclasında yeni sədr seçilib.
Azərbaycan Aşıqlar Birliyinə yeni sədr seçilib

Bakı. Trend:

Martın 3-də Azərbaycan Aşıqlar Birliyinin İdarə Heyətinin iclasında yeni sədr seçilib.

Birlikdən Trend-ə verilən məlumata görə, Azərbaycanın Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı yeni sədr seçilib.

Xatırladaq ki, bundan öncə Birliyin sədri bu ilin fevral ayında dünyasını dəyişmiş Azərbaycanın Xalq şairi Zəlimxan Yaqub olub.

M.Qasımlı 2008-ci ildən Azərbaycan Aşıqlar Birliyinin birinci katibi vəzifəsini icra edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti