...

“Səma” rəqs ansamblı konsert təqdim edib (FOTO)

Mədəniyyət Materials 24 May 2016 15:26 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xətai rayon Mədəniyyət Mərkəzinin “Səma” rəqs ansamblı konsert təqdim edib.
“Səma” rəqs ansamblı konsert təqdim edib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xətai rayon Mədəniyyət Mərkəzinin "Səma" rəqs ansamblı konsert təqdim edib. İdarədən Trend-ə verilən məlumata görə, R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçirilən konsert Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəz ilə birlikdə təşkil edilib.

Tədbirdə xalq artisti Təranə Muradova, əməkdar artist Aliyə Ramazanova, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin, Xətai rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, mədəniyyət müəssisələrinin rəhbərləri və başqaları iştirak ediblər.

Konsert zamanı "Səma" rəqs anasamblının ifasında Azərbaycan xalq rəqsləri ilə yanaşı dünya xalqlarının rəqsləri də nümayiş olunub.
Konsertdə qonaq qismində çıxış edən əməkdar artist Rühəngiz Allahverdiyevanın, populyar

müğənnilər Rahidə Baxışın, Səbinə Əskərovanın, Aysel Əlizadənin, Mirkamil Kamilovun, Sami Orucun, Dana Dürdanənin,Nihad Məlikin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti