...

"Retro Bakı" başladı

Mədəniyyət Materials 8 İyul 2016 19:27 (UTC +04:00)
Layihənin ilk açılış konsertləri 8-9 iyulda saat 18:00-da Fəvvarələr meydanında baş tutacaq.
"Retro Bakı" başladı

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə yay aylarında əhalinin asudə vaxtının səmərəli keçməsi məqsədilə yeni "Retro Bakı" layihəsinə start verilib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, hər həftə sonu axşam saatlarında Fəvvarələr Meydanında müxtəlif konsert proqramları təşkil olunacaq. İki saat ərzində paytaxtımızın sakinləri və şəhərimizin qonaqları milli və dünya inciləri ilə zəngin rəqs və musiqi nömrələrinə tamaşa edə biləcəklər.

Layihənin ilk açılış konsertləri 8-9 iyulda saat 18:00-da Fəvvarələr meydanında baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti