...

Bakı Uşaq Teatrı İstanbulda beynəlxalq festivala qatılıb (FOTO)

Mədəniyyət Materials 14 Noyabr 2016 18:28 (UTC +04:00)
İstanbul şəhərində 11-ci Beynəlxalq Biləcik Teatr Festivalının açılış mərasimi keçirilib.
Bakı Uşaq Teatrı İstanbulda beynəlxalq festivala qatılıb (FOTO)

Bakı. Trend:

İstanbul şəhərində 11-ci Beynəlxalq Biləcik Teatr Festivalının təntənəli açılış mərasimi keçirilib.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən Trend-ə verilən məlumata görə, mərasim kiçik konsert proqramı ilə başlayıb. Daha sonra mükafatlandırma mərasimində üç sənətkara “Qızıl Çınar” mükafatı təqdim edilib.

Bu sənətkarlardan biri Festivalda Azərbaycanı uğurla təmsil edən Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Uşaq Teatrının bədii rəhbəri, direktoru İntiqam Soltandır.

Açılışda Türkiyənin Mədəniyyət və Turizm naziri Nəbi Avcı, İstanbul şəhərinin mədəniyyət və turizm müdiri Nedret Apaydın, Bəyoğlu və Biləcik bələdiyyə başçıları Əhməd Misbah Dəmircan və Səlim Yağcı, Biləcik valisi Süleyman Elban, millət vəkili Xəlil Eldəmir və digər dövlət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən nazir Nəbi Avcı Biləcik Teatr Festivalının 10 ildən bəri uğurla həyata keçirildiyindən danışıb, dost və qardaş ölkə Azərbaycanın bu festivalda iştirakının sevindirici hal olduğunu söyləyib.

Qeyd edək ki, Bakı Uşaq Teatrı festivalda “Vətən” və “Sıravi Dursun” adlı iki tamaşa ilə çıxış edəcək. Festival noyabr ayının 15-dən 30-na kimi davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti