Əbülfəs Qarayev: İslamiada günlərində turistlər üçün ekskursiya xidmətləri təşkil olunacaq, muzey və qalereyaların iş rejimi uzadılacaq

Əbülfəs Qarayev: İslamiada günlərində turistlər üçün ekskursiya xidmətləri təşkil olunacaq, muzey və qalereyaların iş rejimi uzadılacaq

Bakı. Trend:

IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi günlərdə turistlər üçün ekskursiya xidmətləri təşkil olunacaq, muzey və qalereyaların iş rejimi uzadılacaq.

Trend-in məlumata görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında çıxışı zamanı deyib.

Nazir qeyd edib: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü, himayəsi və dəstəyi, birbaşa Sizin rəhbərliyinizlə həyata keçirilən regional və beynəlxalq layihələr ölkəmizin qlobal səviyyədə nüfuzunu daha da artıraraq, Azərbaycanı mədəniyyətlərarası dialoqun inkişafı sahəsində xalqları, dövlətləri, sivilizasiyaları bir araya gətirməyə yönəlmiş mühüm bir missiyanı həyata keçirən multikultural və tolerant bir ölkəyə çevirib. Düşünürəm ki, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bunun növbəti əyani və inşallah, uğurlu sübutu olacaq.

Bildiyiniz kimi, daxili və gəlmə turizmə əlavə stimul yaratmaq, yerli istehsalı və sahibkarlığı hərəkətə gətirmək, qeyri-neft sektorunun yeni yolla canlanmasına nail olmaq məqsədilə Bakı şəhərində və Azərbaycanda bir neçə yeni turizm layihəsi həyata keçirilir. Bunların sırasında Sizin tapşırığınız əsasında Novruz bayramı ərəfəsində və hazırda Sabir bağı ərazisində, Köhnə qala divarlarının yanında və İçərişəhərdə davam etdirilən, ölkəmizin zəngin mədəni irsini, mətbəx nümunələrini, xalq tətbiqi sənətini, bir növ tarixi-milli kimliyimizi əks etdirən yarmarka təşkil olunub. Bu yarmarkanın vətəndaşlarımız və turistlər tərəfindən böyük maraq və rəğbətlə qarşılandığı nəzərə alınaraq, IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi müddətdə də davam etdirilməsi nəzərdə tutulur:

Ə.Qarayev bildirib ki, bundan əlavə, Oyunların keçiriləcəyi günlərdə turistlər üçün Bakı şəhərində və regionlarda yerləşən tarix-mədəniyyət qoruqları, müxtəlif profilli muzeylər və xüsusi hazırlanmış turizm marşrutları üzrə ekskursiya xidmətləri təşkil olunacaq: "Muzey və qalereyalar Oyunlar zamanı ölkəmizdə olan turistlərə daha uzun müddətdə xidmət göstərməsi üçün iş rejimlərini müvəqqəti uzadılmış şəkildə həyata keçirəcəklər. Müvafiq qurumlarla, təhlükəsizlik, nəqliyyat təşkilatları ilə əldə olunmuş razılığa əsasən, Oyunların keçiriləcəyi günlərdə turist avtobusları müəyyənləşdirilmiş "şəhər turu" marşrutu üzrə paytaxtımızın qonaqlarına öz xidmətlərini təqdim edəcək. Turistlərin suallarını cavablandırmaq, onlara lazımi köməyin operativ şəkildə həyata keçirilməsi məqsədilə könüllülərdən ibarət "Ask me – Məndən soruş" layihəsi təşkil olunacaq. Bu gənclər kütləvi yerlərdə fəaliyyət göstərəcəklər.

Oyunlar zamanı ölkəmizə təşrif buyuracaq turistlərə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən lazımi informasiyanın verilməsi, müvafiq köməyin göstərilməsi, bir növ ilkin bələdçilik funksiyasını yerinə yetirmək məqsədilə Bakı şəhərində yerləşən əsas mehmanxanalarda növbəli qrafik əsasında fasiləsiz fəaliyyət göstərən qərargahlar yaradılacaq. Bu yaxınlarda "Paşa Sığorta"nın və Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi əsasında "Sirli Bakı" mobil tətbiqi layihəsi hazırlanıb. Xüsusi texnologiyaya əsaslanan bu proqram Bakının tarixi irsini sakinlərə və şəhərin qonaqlarına tanıtmaq məqsədi daşıyır. Proqramın tətbiq olunduğu hər hansı bir cihazla tarixi abidələrin qarşısında quraşdırılmış informativ stendləri "skan" etməklə ziyarətçilər onlar haqqında üç dildə (Azərbaycan, rus, ingilis) müfəssəl məlumat əldə edə biləcəklər. Qeyd etmək istərdim ki, "Go-map" naviqasiya sistemi təkmilləşdirilərək istifadəçilərin ixtiyarına verilib. Bu naviqasiya sistemi vətənimizin qonağı olan hər bir kəs üçün elektron xəritə üzərindən virtual bələdçilik vəzifəsini yerinə yetirəcək. Məlumat vermək istəyirəm ki, bu gün "Go-map" sistemindən gündə 25 min nəfər istifadə edir".

Nazir deyib ki, IV İslam Həmrəyliyi Oyunlarının təbliği məqsədilə aprel ayında, hazırda ərəb ölkələrində keçirilən bütün turist sərgilərində bizim bütün təmsilçilərimiz vasitəsilə Oyunlar haqqında geniş məlumat yayılır və bu proses Oyunlar zamanı da davam etdiriləcək: "Eyni zamanda, "Euronews" və "CNN" telekanallarında müvafiq reportajların yayımlanması haqqında razılıq əldə olunub. "Baku Guide" kitabçasının xüsusi buraxılışı təmin olunub və bütün mehmanxanalara çatdırılacaq.
Hörmətli Mehriban xanım, Sizin tapşırığınıza əsasən, eyni zamanda, konsert və teatr müəssisələrində xüsusi proqramların təşkili ilə bağlı işləri həyata keçirdik. Proqramların qısa məzmunu daha çox İslam mədəniyyətinin və Azərbaycan xalqının ənənəvi mədəniyyətinin təqdim edilməsindən ibarətdir".

Ə.Qarayev əlavə edib ki, Heydər Əliyev Sarayında mayın 13-dən etibarən həm Dövlət Rəqs Ansamblının çıxışları, həm də Xalq Artisti Alim Qasımov və Əməkdar Artist Fərqanə Qasımovanın konsertləri təşkil olunacaq: "Eyni zamanda, Türkiyənin tanınmış rəqs ansamblı – "Anadolu atəşi" də çıxış edəcək. Azərbaycan Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin əsərlərinin tamaşaları təqdim olunacaq. Beynəlxalq Muğam Mərkəzində "Muğam axşamı", Natiq Şirinovun rəhbərlik etdiyi "Natiq Ritm Qrupu"nun, caz ifaçılarının xüsusi konsertləri təşkil ediləcək. Mayın 20-dən etibarən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, həmçinin Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" və "Arşın Mal Alan" əsərləri əsasında hazırlanan tamaşaların nümayişi nəzərdə tutulur.

Teatr tamaşalarında həm gənc Azərbaycan müəlliflərinin, həm də klassik müəlliflərin əsərləri əsasında qurulmuş səhnələr təqdim olunacaq. Məlumat vermək istəyirəm ki, bütün teatrlarda Prezidentin tapşırığına əsasən, sinxron tərcümə təşkil edilir. Teatrlarda gedən tamaşaların mətnini həm rus, həm ingilis dilində izləmək mümkündür".

Nazir xüsusi sərgilərin də təşkil olunacağını deyib: "Azərbaycan Musiqi Mədəniyyəti Muzeyində "İslam Dünyasının Musiqi Mədəniyyəti Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Kolleksiyalarında" adlı sərgi. Heydər Əliyev Mərkəzində davam edəcək sərgilər cədvəl əsasında qurulacaq. Azərbaycan Milli İncəsənət Muzeyində "Azərbaycan Milli İncəsənət Muzeyinin Kolleksiyalarında İslam İrsi", Azərbaycan Xalça Muzeyində "İlahi Sənət: Naxışlar, İlmələr", Azərbaycan İstiqlal Muzeyində Azərbaycan Dövlət Din Tarixi Muzeyinin kolleksiyasından ibarət "İslam: Sülh və Birlik" adlı sərgilər və Muzey Mərkəzində "Azərbaycan İslam Abidələri" adlı fotosərgi açılacaq. "Nizami" Kino Mərkəzində "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi filmlərin festivalı keçiriləcək. "Niyyət", "Buta", "Nabat" bədii filmlərinin, "Bakı - İslam Mədəniyyətinin Paytaxtı", "Bakı əsrlərin aynasında", "Bakı Birinci Avropa Oyunları", "Azərbaycan xalçası", "Çovqan", "Lahıc", "Qobustan - bəşəriyyətin beşiyi", "Hapıtlar", "Eviniz nurla dolsun", "Azərbaycan mətbəxi. Dad sonrası dad" sənədli filmlərinin nümayişi olacaq.

Fürsətdən istifadə edərək, Sizə məruzə etmək istəyirəm ki, paralel olaraq bu ərəfədə - Oyunlardan qabaq Bakıda bir neçə böyük kütləvi tədbirin keçirilməsi də nəzərdə tutulur. Ayın 23-də Bakıda Mstislav Rastropoviçin adını daşıyan IV Beynəlxalq musiqi festivalı başlayır. Eyni zamanda, Bakı şəhərində aprelin 10-da başlamış ticarət festivalı işini mayın 10-dək davam etdirəcək. Sizin rəhbərliyiniz ilə mayın 4-dən 6-dək Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Foruma təxminən 700-dək nüfuzlu şəxsin, dövlət və parlament rəhbərlərinin, nazirlərin qatılması nəzərdə tutulur. Onlar üçün də xüsusi mədəni proqram hazırlanmaqdadır və Sizə məruzə olunacaq.

Ümumiyyətlə, qeyd etmək istərdim ki, Azərbaycanın daha öncə əldə etdiyi idman nailiyyətlərini qürurla xatırlayaraq, xüsusi əminlik hissi ilə ümid edirik ki, bu möhtəşəm idman yarışlarında idmançılarımız bayrağımızı ən uca zirvəyə qaldıracaq, himnimizi tez-tez səsləndirəcək və İslam Həmrəyliyi Oyunlarında təkrarolunmaz tarixi uğura imza atacaqlar".

“Nar” mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır
“Nar” mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır
YUNESKO süni intellekt sahəsində ilk qlobal etik standartları qəbul edib
YUNESKO süni intellekt sahəsində ilk qlobal etik standartları qəbul edib
"Azercell"in dəstəyi ilə növbəti Uşaq Paralimpiya Oyunlarına start verilib
"Azercell"in dəstəyi ilə növbəti Uşaq Paralimpiya Oyunlarına start verilib
Loading Bars
Xəbər lenti
İlahiyyat İnstitutunun dekanı beynəlxalq konfransda iştirak edib (FOTO)
Sabah 20 dərəcəyədək isti olacaq
Azərbaycan Üzgüçülük Federasiyasının İcraiyyə Komitəsinin yığıncağı keçirilib (FOTO)
Hotellərdə qiymətlərin artması müşahidə olunur - Hotellər Assosiasiyası
Ermənistanın sabiq müdafiə nazirinin həbs müddəti uzadılıb
Bolqarıstan KİV-də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü geniş işıqlandırılıb
"Omikron" ştammının qlobal yayılma ehtimalı çox yüksəkdir - ÜST
“Peyvənd sertifikatı”nın müddəti nə qədərdir, üçüncü doza vurulmasa, sənəd qüvvədən düşür?
Sahibkarlar üçün “KOB dostu” verilişi başlayır
BMT dünya turizm sektorunun itkilərini proqnozlaşdırıb
İlin sonunadək Neft Emalı Zavodunda modernizasiya işlərinin 90 faizi tamamlana bilər - SOCAR
Masazırda ev yanıb
Qəbələdə Uşaq Reabilitasiya Mərkəzinin tikintisi yekunlaşır
Gələn ay Türkmənistan qazının Azərbaycana tədarükünə başlanılacaq - İranın neft naziri
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Bakıda əcnəbi vətəndaşı döyərək qarət edən mütəşəkkil dəstə saxlanılıb
Bakı Ali Neft Məktəbinin yaranmasının 10 ili tamam olub
Canni de Byazinin millidəki taleyinə nə vaxt aydınlıq gələcək? - AFFA -dan AÇIQLAMA
2023-cü ildə Azərbaycan Avro-5 standartlı benzin istehsalına başlayacaq
Kazanda Nizami Gəncəvinin 880 illiyi ilə bağlı tədbir keçirilib (FOTO)
Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 37 mina aşkarlanıb
Füzulidə minaya düşən hərbi qulluqçuların son vəziyyəti məlum olub
Mərkəzi Gömrük Hospitalının oftalmoloqu “Korluğun əsas səbəbləri” haqqında məlumat verib
Fermer təsərrüfatlarının fəaliyyətinə dair yeni dövlət standartı qəbul edilib
Avropa və Asiyada qadınlara qarşı zorakılıq hallarının artması müşahidə edilir - BMT rəsmisi
Azərbaycanda yeni "omikron" ştammı aşkarlanmayıb - RƏSMİ
Yaponiya xarici vətəndaşlara viza verilməsini dayandırır
Azərbaycanın qadın zorakılığına qarşı gördüyü işləri təqdirəlayiq hesab edirik - ABŞ səfiri (FOTO)
Soçi görüşü Ermənistanı 10 noyabr bəyanatından yayınmaq imkanlarından məhrum etdi - Deputat
Maliyyə piramidası fırıldağı necə işləyir? - AÇIQLAMA
Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi təsis edilib (FOTO)
Həftəsonu yol qəzalarında beş nəfər ölüb
Daha bir məktəbdə əyani tədris bərpa olundu
Gəncə Yaşayış Kompleksinin mənzillərinin təmir nümunələri təqdim olunub
Əkinlərini tez bəyan edən fermerlər subsidiyaları ilin əvvəlində alacaqlar - Nazirlik
Kəlbəcərin İstibulaq kəndi (VİDEO)
Gələn il Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin iclası Azərbaycanda keçiriləcək
Azərbaycan enerji sektorunda İrana kömək edə bilər – İranlı ekspertlərin Aşqabad sammitinə rəyləri
Xarici valyutaların manata qarşı məzənnələri
Bakıda yaşayış binasında yanğın olub
ABŞ-ın sabiq müdafiə naziri Pentaqonu məhkəməyə verib
Ağcabədidə tibb məntəqəsi yanıb
Sumqayıtda mənzildən kişi meyiti tapılıb
Xaçmazda intihara cəhdin qarşısı alınıb
İran və Azərbaycan arasında yükdaşıma-tranzit xərclərinin azaldılması ticarətin inkişafı ilə nəticələnəcək – İranlı rəsmi (ÖZƏL)
Mir Şahinin vaxtı (VİDEO)
Fransada koronavirusun yeni ştammına 8 mümkün yoluxma halı aşkarlanıb
Perudakı güclü zəlzələ nəticəsində 10 nəfər xəsarət alıb
"Brent" markalı neftin qiyməti 75 dolları ötüb
"Omikron" ştammının daha yoluxucu olub-olmadığı hələ məlum deyil - ÜST
Konqoda silahlılar 22 nəfəri qətlə yetirib
Daha bir ölkədə "omikron" ştammına yoluxma qeydə alınıb
G7 ölkələrinin səhiyyə nazirləri fövqəladə iclasa toplaşacaqlar
İsrail xarici turistlər üçün sərhədlərini bağladı
"Formula 1"in "Williams" komandasıının yaradıcısı vəfat edib
Böyük Britaniyada koronavirusun "omikron" ştammına daha bir nəfər yoluxub
İngiltərə Premyer Liqası: “Çelsi” - “Mançester Yunayted” oyununda qalib müəyyənləşməyib
İƏT-in bəyannaməsi Prezident İlham Əliyevin görkəmli liderliyinin simvoludur - Amerikalı ekspert
Milli Məclisin sədri Sahibə Qafarova Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərlə görüşüb
Türkiyədə son sutkada koronavirusdan 20 007 nəfər sağalıb
Üçtərəfli müqavilə İranın 5 vilayətini qazla təmin edəcək - İran hökumətinin sözçüsü
KTMT ölkələrinin əksəriyyəti Ermənistanın bu təşkilatda olmasına baxmayaraq Azərbaycanı dəstəkləyir - Sergey Markov
Bakıda Batut Gimnastikası yarışlarının təşkilində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm - Migel Visente Marino
Azərbaycanla əlaqələrdə heç bir anlaşılmazlığın olması gərək deyil - İran Prezidenti
Prezident İlham Əliyev: Qərara gəldik ki, bundan sonra İran-Azərbaycan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək
Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb
Azərbaycan, İran və Türkmənistan arasında qazın svop tədarükü barədə razılaşma imzalanıb (FOTO)
İranda hamının mövqeyi bundan ibarət idi ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır - İran Prezidenti
Mərakeş "omikron" ştammının yayılmasına görə ölkəyə birbaşa sərnişin reyslərini dayandıracaq
Batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupu Yarışlarının final gününün qaliblərinin mükafatlandırılması mərasimi keçirilib
KTMT-yə üzv ölkələrin Azərbaycanı təbrik etməsi göstərdi ki, Ermənistan KTMT-də heç bir dəyərə malik deyil - Siyasi şərhçi
Bakıda batutda sinxron tullanma üzrə finalçılar müəyyənləşib
Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub (FOTO/VİDEO) (YENİLƏNİB)
Region ölkələri ilə ticarətin inkşaf etdirilməsi İranın xarici siyasətinin prioritetidir - İbrahim Rəisi
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupu Yarışlarının final gününün ən yaxşı anları (FOTO)
Belçikalı gimnast Dünya Yaş Qrupları Yarışlarında ikili mini-batutda tullanma proqramında birinci yeri tutub
Böyük Britaniya təmsilçisi Bakıda Dünya Yaş Qrupu Yarışlarında tamblinq proqramında birinci yeri tutub
Rusiyalı gimnast Dünya Yaş Qrupları Yarışlarında qadınlar arasında tamblinq proqramında qızıl medal qazanıb
Yeni doğulmuşlar arasında koronavirusa yoluxma halları var - AÇIQLAMA
KTMT üzvlərinin Azərbaycanı Zəfərə görə təbrik etməsi sübut edir ki, onlar Ermənistanla münasibətləri korlamaqdan çəkinmirlər - Mixail Finkel
Ermənistanın son ümid yeri də puç oldu: KTMT-yə üzv dövlətlər Azərbaycanı tarixi Zəfərə görə təbrik edir
ABŞ gimnastları Dünya Yaş Qrupu Yarışlarında iki mini-batutda tullanma proqramında bütün mükafat yerləri tutublar
Azərbaycan-Pakistan hökumətlərarası komissiyasının iclası keçiriləcək
Yaponiyalı gimnast Dünya Yaş Qrupu Yarışlarında batut gimnastikası üzrə fərdi proqramda birinci yeri tutub
Prezident İlham Əliyevin İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub (FOTO/VİDEO) (YENİLƏNİB-2)
Rusiyalı gimnast Dünya Yaş Qrupu Yarışının batut gimnastikası üzrə fərdi proqramında qızıl medal qazanıb
Dünya Yaş Qrupları Yarışlarının batutda sinxron tullanma proqramında finalçılar müəyyənləşib
Prezident İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşü olub (FOTO/VİDEO) (YENİLƏNİB)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada 1 662 nəfər COVID-19-a yoluxub, 18 nəfər ölüb
Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə irəli sürdüyü ideyalar həyata keçirilir - Aşqabad zirvəsi
İran Qazaxıstanla birgə iqtisadi əməkdaşlıq komissiyasının tezliklə keçirilməsini istəyir – İran xarici işlər naziri
Prezident İlham Əliyevin Pakistan Prezidenti Arif Alvi ilə görüşü olub (FOTO/VİDEO) (YENİLƏNİB)
Azərbaycan ölkənin suverenliyinin və ərazi bütövlüyünün bərpasında həqiqətən müzəffər olub - Türkmənistan Prezidenti
Kişilər arasında ikili mini-batutda tullanma proqramında finalçılar müəyyənləşib
İran Pakistanla münasibətləri hərtərəfli şəkildə inkişaf etdirməyə maraqlıdır – Rəisi
Şərq-Qərb nəqliyyat dəhlizi üzərindəki layihələri dəstəkləməyə davam edəcəyik - Ərdoğan
İranın Tacikistanla münasibətləri var-gücü ilə davam edəcək - İran prezidenti
Zəngəzur dəhlizinin əhəmiyyəti göz qabağındadır - Türkiyə Prezidenti
Prezident İlham Əliyev Aşqabadda İƏT XV Zirvə Toplantısının iştirakçılarının şərəfinə verilən rəsmi naharda iştirak edib
Bütün xəbərlər