...

Gülnarə Xəlilova “Qızlar Seminariyası” layihəsində - Uğura gedən yol (FOTO)

Mədəniyyət Materials 6 Sentyabr 2017 16:49 (UTC +04:00)
Gülnarə Xəlilova Gənclər üçün Təhsil Mərkəzinin həyata keçirdiyi "Qızlar Seminariyası" proqramının növbəti qonağı olub.
Gülnarə Xəlilova “Qızlar Seminariyası” layihəsində - Uğura gedən yol (FOTO)

Bakı. Vüqar İmanov - Trend:

Azərbaycanın tanınmış modelyer-dizayneri, Milli Geyim Mərkəzinin və Moda Evinin rəhbəri, teatr və kino rəssamı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova Gənclər üçün Təhsil Mərkəzinin həyata keçirdiyi "Qızlar Seminariyası" proqramının növbəti qonağı olub.

Trend-in məlumatına görə, layihənin əsas məqsədi dövlət və özəl sektorda işin səmərəliliyi üçün seminar və treninqlərin keçirilməsi, idarəetmə fəaliyyətində əsasların aşılanması, ölkənin ictimai-təhsil sahəsində canlanma yaradılmasıdır.

G.Xəlilova görüşdə qeyd edib ki, idarəetmənin nəzəriyyəsi və praktikisanın müxtəlif problemləri arasında şübhəsiz ki, əsas yeri idarəetmə fəaliyyətinin mahiyyəti, rəhbərin fərdi faəliyyəti ilə bağlı kompleks məsələlər tutur: “İdarəetmə fəaliyyətinin məqsədi müəyyən təşkilat sisteminin səmərəli fəaliyyət göstərməsini təmin etməkdir. Problemlərin həllində, qarşıya qoyulmuş hədəflərə çatmaqda düzgün planlaşdırma, təşkilatçılıq, motivasiya və nəzarətdən çox şey asılıdır”.

G.Xəlilova qədim mirasımız olan Azərbaycan milli geyiminin təbliği və qorunub saxlanılması, onun müasir tələblərə uyğun modernləşdirilməsi məqsədi ilə dəb sənayesi sahəsində özünün uğurlu fəaliyyəti, Böyük Britaniya, Rusiya, Çin, Türkiyə, Misir, BƏƏ, Avstriya və digər ölkələrdəki beynəlxalq arenalarda qazandığı müvəffəqiyyətlərdən, o cümlədən Bakı-2015 İlk Avropa Oyunları və Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş müxtəlif kolleksiyaları, Azərbaycan milli geyiminin Avropada təbliğinə dair kataloqu barədə danışıb. Ölkədə Milli Geyim Gününün təsis edilməsi ideyası məhz G. Xəlilovaya məxsusdur. İdeya Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən diqqətə alınıb və nəzərdən keçirilir.

Görüş iştirakçılarına G.Xəlilovanın “Azərbaycan musiqi qruplarının geyim ənənələri” adlı kitabı hədiyyə edilib.

Xəbər lenti

Xəbər lenti