...

Beynəlxalq Muğam Mərkəzində İtaliya bəstəkarlarının musiqiləri səslənib (FOTO)

Mədəniyyət Materials 18 Oktyabr 2017 20:47 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində İtaliya və İsveçrənin Azərbaycandakı səfirliklərinin dəstəyi və Azərbaycan-İtaliya Assosiasiyasının təşkilatçılığı ilə “İtalyan dili həftəsi”nin açılış mərasimi keçirilib.
Beynəlxalq Muğam Mərkəzində İtaliya bəstəkarlarının musiqiləri səslənib (FOTO)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində İtaliya və İsveçrənin Azərbaycandakı səfirliklərinin dəstəyi və Azərbaycan-İtaliya Assosiasiyasının təşkilatçılığı ilə “İtalyan dili həftəsi”nin açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə ilk olaraq İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari çıxış edərək, “Dünya italyan dili həftəsi”ndə zəngin italyan musiqisi, ədəbiyyatı və incəsənətinin Azərbaycan ictimaiyyətinə təqdim olunacağını qeyd edib. Bildirilib ki, italyan dili dünyada ingilis, ispan və çin dilindən sonra öyrənilən 4-cü vacib dil hesab olunur.

Bu tədbir 2001-ci ildən etibarən hər il İtaliya Xarici İşlər Nazirliyinin dəstəyi ilə təşkil olunur və oktyabr ayının 3-cü həftəsində “ Dünya İtalyan dili həftəsi” keçirilir.

Bu müddət ərzində ayrı-ayrı ölkələrdə İtaliyanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin, diplomatlarının iştirakı ilə silsilə tədbirlər keçirilir, italyan mədəniyyətinin bəşəriyyətə bəxş etdiyi yüksək dəyərlərdən söhbət açılır.

Bakıda oktyabrın 16-dan 23-dək keçiriləcək həftə çərçivəsində İtaliyanın məşhur rejissor və ssenaristi Francesko Bruninin ustad dərsləri və italyan filmləri nümayiş ediləcək. Konsertlər “35 millimetr kino lenti və musiqi” adı altında keçirilir.

Rəsmi hissədən sonrakı konsertdə Oskar mükafatı almış “La Vita e bella”, “La Strada”, “Amici Miei”, “Nuovo Cinema Paradiso”, “Mediterraneo”, “Un maledetto imbroglio”, “Giu la of Sergio Leone” kino filmlərdən fraqmentlər tamaşaçılara təqdim olunub.

Layihənin müəllifləri italyan filmlərindəki mahnıları caz üslubunda simli kvartetə köçürən bəstəkarlar Stefano Muskaritolo və Kəmalə Əlizadədir.

Gecədə Fəridə Məmmədova( soprano), Səbinə Əsədova (metso-soprano), Siruz Məmmədov (truba), Alina Əliyeva (violin),Samir Əsədov (violin), Anar Əliyev(viola), Eyyub Əliyev (cello), Günel Kazımova (piano) Ennio Morrikone, Henry Mançini, Nino Rota və başqa bəstəkarların əsərlərini ifa ediblər. Tədbirdə İtaliyanın Azərbaycandakı səfirliyinin nümayəndələri və etnik musiqisevərlər iştirak ediblər.

Konsert böyük maraqla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti