...

Muzeyin incisi – Bakı xalçası

Mədəniyyət Materials 10 Yanvar 2018 12:15 (UTC +04:00)

Bakı. Trend:

Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda XIX əsrə aid unikal Bakı xalçası qorunur.

Muzeydən Trend-ə verilən məlumata görə, Bakı xalçaçılıq məktəbinə xas olan xalça qeyri-adiliyinə görə, digərlərindən tamamilə fərqlənir.

Xalçanın analoqu hələlik məlum deyil. Üzərində təsvir olunan süjeti və ornamentləri ilə bu xalça tariximizin keçmiş səhifələrindən geniş məlumat vermək üçün bir mənbə rolunu oynayır. Məhz bu cəhəti onun unikal xalça hesab olunmasına imkan verir.

Xalça bütövlükdə xalqımızın ailə məişəti ilə bağlı adət-ənənələrini, mifik dünyagörüşünü özündə əks etdirən etnoqrafik bir əsərdir və öz tədqiqatçılarını gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti